Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir
![]() “De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsil ağıl sahibləri ibrət götürərlər”. (“Zumər” 9). Həzrət Peyğəmbər (s) buyurur: “Elm istəyində olmaq – hər bir müsəlmana vacibdir. Agah olun ki, Allah Təala elm istəyində olanları sevir”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim elm təhsili almaq üçün yol qət edərsə, Allah behiştə daxil olmaq yolunu onun üçün açar. Mələklər qanadlarını elm istəyində olan üçün açarlar. Çünki onun işinə görə sevinirlər. Həqiqətən, elm istəyində olanlar üçün səmada və yerdə olanlar, hətta dəniz balıqları bağışlanma istəyərlər. Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir. Alimlər – peyğəmbərlərin (ə) varisləridirlər. Ancaq peyğəmbərlər (ə) dirhəm və dinar irs qoymazlar, dini elmi miras qoyarlar. Ona görə də hər kim dini elmi əldə edər, çoxlu bəhrə əldə etmiş olar”. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Alimin yuxusu – abidin min rükət namazından daha üstündür. Ey Əli! Cəhalətdən kəskin yoxsulluq, təfəkkür kimi ibadət yoxdur”. /Deyerler.org/ Oxşar xəbərlər
|