İmam Həsənin (ə) iki tövsiyəsi: “Günahdan çəkinmək və həmişə düşünmək”
Mьəllif: admin1
Tarix: 31-12-2018, 10:36
İmam Həsənin (ə) iki tövsiyəsi: “Günahdan çəkinmək və həmişə düşünmək”

"Əvvəl sualıma cavab ver, sonra səni nəsihət edim. Pulu çox istəyirsən, yoxsa nəfsini?"

Quran və hədislərimizi oxumaq qəlbimizdə olan düşüncə çırağını yandırar və insanı qəflət yuxusundan ayıldar. Nəticədə insan bəsirət əldə edər. İnsanı düşünməyə vadar edən nəcib və mübarək şəxsiyyətlərdən biri də 2-ci İmam - Həzrət Həsən Müctəba (ə) idi.

O, insanlara iki şeyi tövsiyə etmişdir. İlk tövsiyəsi o idi ki, müsəlman gərək böyük günaha batmasın və kiçik günahlara batmaqdan da çəkinsin. Çünki bu iki şey insanlıq binasını xarab edər. Əgər davamlı olarsa, insan günah yükünün altında qalar. Bir daha nicat tapa bilməz.

Quran bu haqda buyurur: "Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu". ("Rum" 10).

Xorasanın Əmiri bir gün bir alimlə rastlaşır. Alim həqiqətən insanın həyatını və düşüncələrini dəyişə bilər. İnsani dəyərləri ötürməkdə və onları hifz etməkdə çox təsirli gücə malikdir. Ona görə də Quran alimlərə qoyduğu hörməti başqa insanlara qoymur.

Quran buyurur: "Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır". ("Mucadilə" 11).

Alimin adı Əbu Əli Dəqaq idi. Ona deyir: "Ey Əli! Mənə nəsihət ver!".

Alim ona deyir: "Əvvəl sualıma cavab ver, sonra səni nəsihət edim. Pulu çox istəyirsən, yoxsa nəfsini?".

Əmir deyir: "Pulu!".

Deyir: "Elə şeyi çox istəyirsən ki, ölən zaman ondan ayrılmalısan və düşmən əlini elə şeyə vermisən ki, Qiyamətə qədər səninlə olacaqdır.

Məgər eşitməmisən ki, Peyğəmbər (s) buyurub: "Nəfs insanın başından ayağının ucuna qədər deyildir, bəlkə nəfs insanın iki böyrü arasındadır".

Əgər onun qarşısını almasan, insanın ən böyük düşməni olar. Onun başqa düşmənlərlə fərqi yoxdur.

Bu fərqlə ki, həqiqi düşmənə pul və mal versən və ona məhəbbət göstərsən, sənin rəfiqin ola bilər. Ancaq bu nəfsə hər nə qədər versən də daha çox düşmən olar. Çünki ağzı cəhənnəm ağzı kimi böyükdür.

İmam Həsənin (ə) ikinci tövsiyə bu idi ki, həmişə fikirləşin. Gecə, gündüz, evdə, işdə, mağazada. Bəli, qəbiristanlığa getmək insnı fikirləşəməyə vadar edər. Axirəti və xilqəti haqqında düşünər.

İndiyə qədər etdikləri və bundan sonra da etmək istədikləri haqqında düşünər. Düşüncə insanla nələr edər. Əgər insan düşünsə ki, necə edə bilər ki, Əli Əkbər kimi olsun? Ya Hürr nə etdi ki, Hürr oldu? Ya Fironun həyat yoldaşı Asya necə oldu ki, behişt xanımı oldu?

Ölüm insanın hər şeyini ondan alar. Evini, maşınını, arvad və uşağını və sair. Ona görə də ölümdən əvvəl bunları düşünmək lazımdır. Çünki ölümdən sonra artıq düşünməyin faydası yoxdur.

İnsan düşünsə ki, niyə bu qədər axirəti üçün yararlı olmayan işlərlə məşğuldur. Niyə bu qədər Allahdan qeyrisi üçün çalışır. Əgər dünyamız Allahla olarsa, onu bizdən almaz. Xümsünü, zəkatını verdiyimiz pul axirətdə bizim üçün qalacaqdır.

Namaz, oruc və İlahi vacibatlar üçün etdiyimiz səylər insan üçün qalıcıdır. O dünya ki, insana yemək, içmək və yatmaqdan başqa bir fayda vermirsə, niyə ona bağlanırsan? İnsan aqibətini düşünməlidir. Qiyamətə hazır olmalıdır və orada verməli olduğu suallara cavab tapmalıdır. Qiyamət günü əməl dəftəri əlimizə veriləndə düşünməyə vaxt qalmayacaqdır.

"(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən»". ("İsra" 14).

Əziz İmam Həsənin (ə) bu iki tövsiyəsinə diqqət edək və onu həyatımızda tətbiq edək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930