Qiyamət günü insanın məqamını müəyyən edən amillər hansılardır?
Mьəllif: admin1
Tarix: 19-10-2022, 12:07
Qiyamət günü insanın məqamını müəyyən edən amillər hansılardır?
İnsan təbii olaraq həmişə başqalarından üstün olmağa çalışan varlıqdır. Hər bir kəsin nəzərində bu üstünlük, onun əqidə və etiqadından asılıdır.

Bəziləri üçün üstünlük mal və dövlətdə, bəziləri üçün isə İlahi qürb məqamına yaxın olmaqdadır. Allah Təala buyurur ki, Mənim nəzərimdə Mənə ən yaxın insan – təqvalı insandır. Yəni, ancaq təqva insanı başqalarından üstün edən ən mühüm amildir.

Ona görə də Qiyamət günü həmin şəxsin dünyada malik olduğu təqvası müəyyən olunacaq və ona əsasən hesab verəcəkdir.

Əlbəttə Allah – adil Allahdır. İnsan istər əkinçi olsun, istər müəllim və ya həkim olsun – əgər öz vəzifəsinə və dini vəzifələrinə düzgün əməl edərsə, heç bir əməli zay olmayacaqdır.

Necə ki, Quran bu həqiqəti təsdiq edir: “Çünki, kim təqvalı olsa və səbir etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz”. (“Yusif” 90).

İmam Baqir (ə) buyurur: “O alim ki, öz elminə əməl edər, 70 min abiddən daha üstündür”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, elm yolunda hərəkət edər – Allah onu behişt yoluna sövq edər və aparar. Mələklər elm tələb edən həmin şəxs üçün qanadlarını açarlar. Alimlər – peyğəmbərlərin (ə) varisləridir”.

İmam Cavad (ə) buyurur: “Din və fəzilət baxımından bərabər olan iki insan arasında, Allah yanında o şəxsin üstünlüyü vardır ki, elm və ədəbdə daha mahir olsun”.

«Məgər bilənlərlə bilməyənlər birdirlər?». (“Zumır” 9).

Alimi Allahın yanında əziz edən şey – təqvası və ixlaslı olmasıdır. O alim ki, öz elminə əməl etməz və ixlasa malik olmaz – onun dəyəri heçdir. Adi insanlar ki, təqvaya malikdirlər – ondan daha üstün hesab olunarlar.

Beləliklə deyə bilərik ki, Qiyamət günü insanları üstün edən amillər: din, iman, təqva, vilayət, elm, əxlaq və ixlas olacaqdır.

Bu barədə İmam Səccad (ə) buyurur: “Çox təəccüblüdür o kəsdən ki, tez keçən və fani olan bu dünya üçün iş görər, ancaq əbədi olan axirətini unudar və yaddan çıxardar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930