Allahın nəzərində ən üstün insanlar kimdir?
Mьəllif: admin1
Tarix: 14-01-2018, 20:51
Allahın nəzərində ən üstün insanlar kimdir?
İnsan Allahın bir məxluqu kimi Yer üzündə xüsusi ali məqama malikdir. Tarix boyu filosoflar və alimlər bu həqiqəti izə çıxartmağa çalışmışdılar ki, insanın fəzilət və dəyəri nədədir?

Hansı əməl onu başqalarından daha üstün edə bilər? Ona görə də bəziləri insanın üstünlüyünü dərisinin rəngində, bəziləri irqində, bəziləri gözəlliyində, bəziləri isə sərvətində görmüşdülər.

Lakin müqəddəs İslam dinində insanı üstün edən amil – iman, elm və təqvadır. Ona görə də möminlər, əməl sahibi olan alimlər, təqva əhli insanlığın ən uca zirvəsində qərar tuturlar.

«(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin”.
(“Mücadilə” 11).

İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur: “Hər kim mömini sevindirər, şübhəsiz ki, məni sevindirmişdir. Hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.

İmam Baqir (ə) buyurur: “Allah, mömini şad etməkdən daha sevimli bir şeylə ibadət olunmamışdır”.

İmam Sadiq (ə) buyurur: “Hər an möminin hacətini yerinə yetirmək, Allah yanında 20 həcc ki, zəvvarı hər bir həcc üçün yüz min dinar infaq edər – daha üstündür”.

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Şübhəsiz ki, əgər mömin qardaşlarından birini yeməklə tox edərəmsə, mənim üçün sizin bu bazara daxil olub qul almaqdan və Allah yolunda azad etməkdən daha sevimlidir”.

Həzrət Peyğəmbər (s) elm əhli haqqında buyurur: “Alimlərin elmsiz ibadət edənlərdən üstünlüyü, 14 gecəlik ayın ulduzlardan üstünlüyü kimidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç tayfa Qiyamət günü şəfaət edəcəkdir ki, şəfaətləri qəbul olacaqdır: peyğəmbərlər, alimlər və şəhidlər”.

İmam Baqir (ə) buyurur: “O alim ki, elmindən bəhrə aparar, elmi olmayan 70 min ibadət edəndən daha üstündür”.

"Bilin ki, Allah təqvalılarladır". ("Bəqərə" 194).

"Təqvalılar Qiyamət günü onlardan üstündürlər". ("Bəqərə" 212).

"Bu (Qur’an), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir". ("Ali-İmran" 138).

Bu hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, Allah yanında ən üstün insanlar: möminlər, elminə əməl edən alimlər və təqva əhlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930