Şəhidlərin üstünlüyü 4 addımdadır
Mьəllif: admin1
Tarix: 3-10-2018, 14:47
Şəhidlərin üstünlüyü 4 addımdadır
Qurani-Kərim buyurur: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69).

Şəhidlərin üstünlüyü dörd addımdadır.

Birinci addım odur ki, Məsumlarla (ə) birlikdə olmağı qərar veriblər. Çünki onlar Məsumların (ə) yoluna aşiqdirlər və onlar kimi bu yolda canlarını qurban verirlər.

İkinci addım odur ki, şəhidlər Məsumlarla (ə) necə birlikdə olmağın yolunu öyrəniblər. Yaxşı bilirlər ki, vilayətə sadiq qalmaq – onlara yaxın olmağın ən üstün yoludur.

Şəhidlər istəyəndən və biləndən sonra öz vəzifələrinə əməl mərhələsinə gəlib çatırlar.

Şəhidlər əllərində olanları Allah yolunda infaq edərlər ki, bu dördüncü addım olar. Onlar canlarını Allah yolunda infaq edər və fəda edərlər.

Burada 4 addım sezilir: bəndəlik etməyi istəmək, bəndəlik yolunu tanımaq, bəndəlik yolunda hərəkət etmək, bəndəlik yolunda infaq etmək.

Allah bu dörd sifətlə şəhidləri başqa insanlardan üstün etmiş və onlara fəzilət vermişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930