Əhli-beyt (ə) davamçısı ağıl sahibidir
Mьəllif: admin1
Tarix: 2-01-2019, 11:01
Əhli-beyt (ə) davamçısı ağıl sahibidir
İmam Sadiq (ə) buyurur: “Biz o kəslərdənik ki, bilirik və düşmənlərimiz o kəslərdir ki, bilmirlər. Davamçılarımız ağıl sahibidirlər”.

İmam (ə) bu mübarək hədisdə insanları üç dəstəyə bölmüşdür: alimlər, cahillər və ağıl sahiblərinə. Alimlər bilirlər, cahillər bilmirlər, ağıl sahibləri bilməsələr də, fikir və düşüncə yolu ilə düz yolu seçə bilirlər və ona görə alimlərdən fərqlənmirlər.

Əziz İmamın (ə) bu bölümünə Quranda da rast gəlmək olur: “(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsl ağıl sahibləri ibrət götürərlər”. (“Zumər” 9).

Allah Təala buyurur ki. əgər kafir olsanız, Allaha heç bir ziyan vurmazsınız. Baxmayaraq ki, Allah sizin iman gətirməyinizi çox bəyənir. Əgər iman gətirsəniz, Allah rizasını kəsb edərsiniz.

Əhli-beyt (ə) davamçıları bilməslər də düşünürlər, deyilənlərə qulaq asır, yolları araşdırır və nəhayət, doğru yolu tapırlar. “Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir”. (“Bəqərə” 256).

Ağıl sahiblərinin nəzərinə görə doğru yol - bilənlərin yoludur, yəni alimlərin. Onlar şübhə etmədən Allahın sulına cavab verir və “Əlləzinə yələmun” yolunda addım atırlar.

“Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır”. (“Mücadilə” 11).

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Mən gecə və gündüz min dəfə xəta törədən davamçılarım üçün bağışlanma istəyirəm. Çünki bizə çatan müsibətdə səbir edən zaman bilirik ki, hansı əcr bizim üçün hasil olar. Ancaq onlar bilmədikləri şeyə görə səbir edirlər”.

İmam Baqir (ə) buyurur: “Davamçılarımız baxmayaraq ki, bilmirlər, ancaq səbiri “Əlləzinə yələmun”dan öyrəniblər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Alimlərlə cahillər bir deyildir və yalnız alimlər nemətdədirlər. Ancaq alimlərin yolunu seçən ağıl sahibləri həyatın xeyirindən nəsibsiz qalmayacaqlar”.

Allah Təala bizləri ağıl sahiblərindən qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930