Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz
Mьəllif: admin1
Tarix: 27-05-2018, 09:07
Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz
Həzrət Peyğəmbər (s) buyurur: “Quranın başqa kəlamlara qarşı fəzilət və üstünlüyü, Allahın məxluqları üzərindəki fəzilət və üstünlüyü kimidir”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Quran hər şeydən üstündür, Allahın İlahi zatından başqa”.

Peyğəmbərimiz (s) buyurur: “Quran – qaranlıqdan aydınlığa doğru yol göstərəndir, korluqdan sonra gözü görmək kimidir, mələklərdən pakdır, alçaqlardan üstündür və dünyadan axirətə doğru yol göstərəndir. Sizin dininizin kamalı ondadır”.

Həzrət Rəsulallah (s) buyurur: “Quranda sizdən əvvəl və sizdən sonrakıların xəbəri vardır. O, dahidir ki, onda yersizlik yoxdur. O, elə kitabdır ki, hər kim onu tərk edər – Allah onu tərk edər. Hər kim ondan qeyrisindən hidayət istəyər – Allah onu zəlil edər. O, Allahın möhkəm kəndiridir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən bu Quran – aşkar nur və möhkəm kəndir, etimadlı pənah, yüksək məqam, şəfa istəyənlərin şəfası, böyük fəzilət və əzəmətli səadətdir”.

İmam Əli (ə) buyurur: “Həqiqətən də Quranın zahiri gözəl və batini isə dərindir ki, aradan getməz. Qəribəlikləri məhv olmaz. Cəhalətin qaranlıqları açılmaz, məgər Quran ilə”.

İmam Əli (ə) buyurur: “Allahın Kitabı sizin aranızdadır. Elə bir natiqdir ki, dili həqiqəti danışmaqdan yorulmaz. Elə bir evdir ki, sütunları əbədi olaraq güclü küləklərdən amandadır. Elə bir əzizdir ki, ardıcılları və dostları heç bir zaman məğlub olmaz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930