Quranı baş üzərinə qoyaraq deyilən “Bikə Ya Allah” zikrinin misilsiz təsiri
Mьəllif: admin1
Tarix: 31-03-2024, 10:35
Quranı baş üzərinə qoyaraq deyilən “Bikə Ya Allah” zikrinin misilsiz təsiri
Mərhum Şeyx Əbu Cəfər Tusinin (hicri-qəməri 383-460) “Əl-Əmali” kitabında nəql edilir:

Günlərin birində bir kişi İmam Cə`fəri Sadiqin (ə) yanına gələrək dedi: Ey mənim Ağam, Sənə ödəyə bilmədiyim borcdan və mənə zülm və zorakılıq edən sultandan şikayətçiyəm. İstəyirəm mənə bir dua öyrədəsən ki, onunla borcumu ödəmək üçün qazanc ələ gətirim və sultanın zülmündən qurtarım.

İmam Cəfəri Sadiq (ə) o kişiyə buyurdu:

“Gecə düşdüyündə 2 rükət namaz qıl. Birinci rükətdə “Fatihə surəsi” və “Ayətəl-Kursi” oxu. İkinci rükətdə “Fatihə” surəsi və “Həşr” surəsini 21-ci ayədən sona qədər oxu!

لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Namazdan sonra Qur`anı başının üzərinə qoy və de: “İlahi, Səni and verirəm bu Qur`ana və bu Qur`anı göndərdiyin kəsin haqqına, (bu kitabdakı ayələrin haqqına), Qur`anda təriflədiyin bütün mö`minlərin haqqına, Sənin onların üzərində olan Haqqına ki, Sənin Haqqını Səndən yaxşı tanıyan yoxdur!

Ya Səyyidi! (Ey Mənim Ağam-3 dəfə)!

Ya Allah (10 dəfə)

“Bikə Ya Allah” (Səni Özünə and verirəm ey Allah-10 dəfə)
Ya Muhəmməd (10 dəfə)
Ya Əli (10 dəfə)
Ya Fatimə (10 dəfə)
Ya Həsən (10 dəfə)
Ya Hüseyn (10 dəfə)
Ya Əli bin Hüseyn (10 dəfə)
Ya Muhəmməd bin Əli (10 dəfə)
Ya Cəfər bin Muhəmməd (10 dəfə)
Ya Musa bin Cəfər (10 dəfə)
Ya Əli bin Musa (10 dəfə)
Ya Muhəmməd bin Əli(10 dəfə)
Ya Əli bin Muhəmməd (10 dəfə)
Ya Həsən bin Əli (10 dəfə)
Ya Huccətu! (10 dəfə)

Sonra Allah-Taaladan hacətini istə.”

Həmin kişi neçə gündən sonra qayıtdı ki, borcunu ödəmiş, sultanla arasında sülh yaranmış və işlərində rifah hasil olmuşdu.” (Əmalut-Tusi, səhifə 292/hədis: 14-567)

Qeyd: İmam Musa Əl-Kazimdən (ə) nəql edilən başqa rəvayətdə “Bikə Ya Allah”-dan sonra “Ya Muhəmməd” deyil, “Bi Muhəmmədin”, “Bi Əliyyin”... rəvayət edilmişdir.

Qədr gecələrində “Bi Muhəmmədin”, “Bi Əliyyin” kimi zikr olunur.

Əllamə Muhəmməd Baqir Əl-Məclisi, Biharul-Ənvar,cild 88/səhifə 346, cild 89/səhifə 112, cild 95/səhifə 146. şeyx Hurr Amuli, Vəsailuş-şiə, cild 8/səhifə 135)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930