Qədr gecəsinin namazı necə qılınır?
Mьəllif: admin1
Tarix: 9-04-2023, 12:38
Qədr gecəsinin namazı necə qılınır?
Qədr gecələrinin özünə məxsus əməlləri var. Onlardan biri də Qədr gecəsinin namazıdır. Qədr gecəsində qılınan namazın böyük savabı vardır. Onun qılınma vaxtı xiftən (işa) namazı ilə sübh namazı arasındadır. Qədr gecəsinin namazının qaydası isə belədir:

1) Niyyət “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”.

2) Sübh namazı kimi iki rükətlidir. Lakin hər rükətində həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır.

3) Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” zikri deyilir.

İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031