Məsumlarımız (ə) hər gün Quran oxumağı tövsiyə etmişlər
Mьəllif: admin1
Tarix: 16-12-2021, 11:10
Məsumlarımız (ə) hər gün Quran oxumağı tövsiyə etmişlər
Allah Təala Özündən sonra varlıq aləminin ən üstün varlığı kimi Qurani-Kərimi tanıtmışdır.

Heç bir kitab fəzilət və üstünlüyündə Qurana çata bilməz. Quran bütün İlahi peyğəmbərlərin (ə) həyatının və risələtinin qısaldılmış formasıdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Quran Allahdan başqa hər şeydən üstündür”.

Quran - Allah kəlamının təcəllisidir. İmam Sadiq (ə) bu haqda buyurur: “Allaha and olsun ki, Allah xəlq etdikləri üçün Öz kəlamında (Quranda) təcəlli etmişdir. Ancaq onlar görmürlər”.

Məsum İmamlar (ə) ömürlərində elə həddə çatmışdılar ki, Allah kəlamını birbaşa onun sahibindən eşidirdilər. Nəql edilir ki, İmam Sadiq (ə) namaz qılan zaman səcdədə olanda Məhbubunun xidmətindəki şiddətli hüzuruna görə özündən gedərdi.

Namazdan sonra Həzrətə (ə) bu haqda sual verilən zaman cavab verərdi: “Qəlbimdə “Taha” surəsinin 11-14-cü ayələrini davamlı olaraq oxuyurdum. O zaman onu deyənindən eşitdim. Allahın qüdrətini dərk etdiyimə görə bədənim yerində qalmadı”.

Quranın məqamı uca və böyükdür. Onun içində olanlar - bizim səadət açarımızdır. Hər bir müsəlman gərək bu Kitabın içində olanlardan agah olsun.

Sonra da ona əməl etsin. Çünki Quran xüsusi zamana aid deyildir, bəlkə hər zaman üçün nazil olmuşdur.

İmam Sadiq (ə) buyurur: “Quran hər bir yeni əsrdə və hər bir millət üçün Qiyamət gününə qədər təzədir”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Qurandan şəfa diləməz, Allah ona şəfa verməz”.

İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımız gün ərzində 80-dan az ayə oxumasınlar”.

İmam Baqir (ə) buyurur: “O kəs ki, hər gecə Qurandan on ayə oxuyarsa, qafillərdən yazılmaz. O kəs ki, 50 ayə oxuyar, zikr edənlərin zümrəsindən yazılar.

O kəs ki, 100 ayə oxuyarsa, Qanitinlərin zümrəsindən yazılar. O kəs ki, 200 ayə oxuyarsa, Xaşiyinlərdən yazılar. O kəs ki, 300 ayə oxuyarsa, Faizinlərdən yazılar. O kəs ki, 500 ayə oxuyarsa, müctəhidlərdən yazılar”.

Beləliklə, ən üstün varlıq olan Quranın haqqını verməyə çalışaq və onu hər gün oxuyub əməl edək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930