Yusif Peyğəmbərin (ə) kiçik şahidi illər sonra...
Mьəllif: admin1
Tarix: 25-04-2021, 09:22
Yusif Peyğəmbərin (ə) kiçik şahidi illər sonra...
Yusif Peyğəmbərə şahidlik edən körpənin qəziyyəsini Dini ədəbiyyatdan, ən azı ölkəmizdə də ekranlara çıxan filmdən məlumatı olan çoxdur.

Lakin o uşaq haqqında (böyüdükdən sonra) məlumat daha sonra elə də çox deyil. Kitablarda o uşağın Züleyxanın yanındakı qadınlardan və ya qulluqçulardan birinin uşağı olduğu qeyd edilir. Əhlisünnə mənbələrində isə şahidin uşaq olması az mənbələrdə rast gəlinir.

Kumeyl duasının şərhi kitabında Yusif Peyğəmbərin ona şahidlik edən körpənin illər sonra qarşılanması haqqında qısa məlumat var. Kitabda qeyd olunur: "Təfsirlərdə nəql olunur ki, Yusif padşahlıq taxtına çıxdıqdan sonra xalqın vəziyyətinin yaxşılaşması, insanların tərbiyəsi, ədalətə məhəbbətin yaradılması barədə düşünməyə başladı.

Cəbrail nazil olub bildirdi ki, sənə vəzir lazımdır. Dedi ki, sabah sübh taxtından durub hərəkət et və qarşına çıxan ilk insanı vəzir məqamına oturt.

Səhəri gün Yusif arıq, çöhrəsi solğun bir şəxslə rastlaşdı. Düşündü ki, bu şəxs vəzirlik yükünə tab gətirə bilməz. Bu şəxsin yanından ötüb keçmək istədiyi vaxt Cəbrail nazil olub dedi: “Onu seç, çünki sənin boynunda onun haqqı vardır. O, sənin günahsızlığına şəhadət verən şəxsdir...”

Kitabda vurğulanan əsas mətləb isə Allahın rəhməti olduğundan müəllif yazır: "Əgər bir dəfə Yusifin günahsızlığına şəhadət verən şəxs bu məqama qaldırılırsa, bir ömür Allahın təkliyinə şahid durmuş bəndə ilə pis rəftar oluna bilərmi?! Bəli, kimsədə Allahın rəhmətini dərk etməyə qüvvə yoxdur!"

Başqa rəvayətlərdə isə, Yusif Peyğəmbərin (s) o uşağı illər sonra kasıb vəziyyətdə gördüyü və ona çoxlu hədiyyə və var dövlət verdiyi də önə çəkilir.
(İslamazeri.com)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930