Niyə nübuvvət ağacı Həzrət Yusifin (ə) nəslindən qət oldu?
Mьəllif: admin1
Tarix: 15-02-2021, 23:30
Niyə nübuvvət ağacı Həzrət Yusifin (ə) nəslindən qət oldu?
Şeyx Kuleyni “Kafi”də İmam Sadiqdən (ə) belə bir səhih hədis nəql etmişdir.

Həzrət (ə) buyurur: “O zaman ki, Yəqub (ə) Yusifə (ə) gəlib çatır, Yusif (ə) padşahlıq izzətinə diqqət etdi və Yəqub (ə) üçün öz miniyindən yerə enmədi.

Cəbrayil (ə) Yusifə (ə) nazil oldu və dedi: “Ey Yusif! Əllərini aç”. Və ondan parlayan nuru xaric etdi. Bu nur səmaya qalxdı.

Yusif (ə) soruşdu: “Mənim əlimdən xaric olan bu nur nə idi?”.

Cəbrayil (ə) cavab verdi: “Nübuvvət nuru idi ki, sənin nəslindən xaric oldu. Atan üçün miniyindən enməməyin cəzasına görə idi.

Ona görə də sənin övladlarından nəbi və peyğəmbər olmayacaqdır””.

Əllamə Məclisi bu hədisin şərhi barəsində buyurur: “Həzrət Yusifin (ə) bu hərəkətini atasına qarşı hörmətsizlik kimi qiymətləndirmək olmaz. Çünki peyğəmbərlər bu əməldən pakdırlar.

Sadəcə Yusif (ə) o zamanın qaydalarına uyğun hərəkət etmişdi. Eyni zamanda dininin təbliği üçün də lazımlı idi.

O dövrdə insanlar arasında belə bir qayda var idi ki, əgər rəhbər başqası üçün atından yerə enərsə, bu, həmin rəhbərin xarlığını və kiçikliyini göstərərdi.

Ancaq yaxşı olardı ki, Həzrət Yusif (ə) atasına qarşı ədəbə riayət edərdi”.

Beləliklə, Həzrət Yusif (ə) dini təbliğ etməyin səmərəsi baxımından bir işə məcbur olmuşdu. Amma belə başa düşülür ki, valideynə hörmət hətta bu böyüklükdə niyyətdən də üstün imiş.

Yəni, Həzrət Yusif (ə) atdan enib görüşsəydi, bu hərəkətə görə camaat dindən çıxan deyildi. Düzdür ki, dinin təbliğinə mənfi təsir göstərəcəkdi.

Bu mövzu bizə anladır ki, bəzən dini təbliğ niyyətilə hərəkət edəndə, daha önəmli olan mətləbləri unutmayaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031