Peyğəmbər (s) və Əhli-beyt (ə) şəfa verə bilərmi?
Mьəllif: admin1
Tarix: 17-05-2021, 10:59
Peyğəmbər (s) və Əhli-beyt (ə) şəfa verə bilərmi?
''Yunis'' surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu da müşrüklər haqqında deyilmişdir.

Şiələr isə bunu Allahın qüdrəti və möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri(s) və Əhli-Beyt(ə)-ın Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var.

''Allahın izni ilə ölüləri dirildirəm.'' ''Ali İmran'' surəsi, ayə-49-da İsa peyğəmbərin dilindən belə buyurulur.

Peyğəmbərimiz (s) və Əhli-Beytin (ə) Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi olmuşuq.

Ancaq biz o misallarla deyil, Quran ayəsi və hədislərlə cavab verəcəyik: ''Bu köynəyimi aparın atamın üzünə sürtün və yenidən görməyə başlayar.'' (''Yusif'' surəsi, ayə-93)

Başqa yerdə ''Muştuluqçu gəlib köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı.'' (''Yusif'' surəsi, ayə-96)

Yusif peyğəmbərin köynəyi Yəqub peyğəmbərin gözlərinə şəfa verdi. Göründüyü kimi peyğəmbərin köynəyi insan gözünə nur verə bilər və buna ancaq kafirlər inanmaz.

İslam peyğəmbəri(s) buyurur: ''Mənə beş şey verildi … və şəfaət də əta edildi.'' (''Səhihi Buxari'' c. 1, səh. 91 (Misir çapı), Əhməd ibn Hənbəl ''Müsnəd'' kitabı c. 1, səh. 301)

Göründüyü kimi Allahın izni ilə şəfaət verilə bilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930