Bir gündə 47 hafizi Quranı və minlərlə seyyidi qətlə yetirən cəllad - Həccac ibni Yusif
Mьəllif: admin1
Tarix: 15-04-2024, 10:27
Bir gündə 47 hafizi Quranı və minlərlə seyyidi qətlə yetirən cəllad - Həccac ibni Yusif
Bəşər tarixi öz zülmü ilə qanlı tarix yazmış şəxslərə çox şahid olub. Bu zalim və qan içən kəslərdən biri də İslam tarixində öz amansızlığı ilə dərin iz buraxmış Həccac ibn Yusifdir. O, Əməvi hakimiyyətinin ən qan içən sərkərdəsidir.

Tarix və ərəb xalqları heç belə qəddar hakim görməmişdi. O, Əbdul-Məlik bin Mərvanın vaxtında Hicaz və Kufə hakimi təyin edilmiş, bu vaxtlarda kufəlilərə amansiz divan tutmuşdur.

Bəsrəlilərə qarşı savaşmaq istəməyən bir qocaya belə rəhm etmədən kufəlilərin gözü qarşısında başını bədənindən ayırır. Bunu görən kufəlilər qorxularından sürətlə şəhəri tərk edib Bəsrəyə tərəf axışırlar. Hətta qorxan insanların izdihamı o qədər çox olur ki, bir-birlərini Fərat çayı üzərində körpüdən çaya atırlar.

Qeyd olunur ki, Bəsrədə hökümətə qarşı başqaldıran usyançıları küfəlilərin əli ilə yatırmış, 70 min bəsrəlini aldadaraq edam etdirmişdi. Həmçinin Əməvi höküməti Muxtar Səqəfini şəhadətə yetirib, onun qoşununa divan tutan Zübeyr övladlarını da Həccac ibn Yusif Səqəfinin əli ilə məhv etmişdi.

Bunların ardinca Məkkə və Mədinəyə hakim olan Həccac oradakı peyğəmbər səhabələri ilə təhqiramiz rəftar edir, hətta bəzilərinin kürəyinə damğa belə vurdurmuşdu. Bütün bunlara şahid olan müsəlmanlar İmam Əlinin (ə) bu sözünü xatırlayırdılar:

“Allah Səqəf qəbiləsindən bir gənci onlarin başına müsəllət edəcək. O da onların mal və qanlarına hakim olacaq, onlarla cahiliyyət dövründəki kimi rəftar edəcək.”

Həccac bütün zülmləri ilə yanaşı həmçinin həzrət Əli övladlarına qarşı amansızlıq edir, seyyid olanlara divan tuturdu. Səbəbsiz yerə minlərlə seyyidi qurban edirdi.

Tarixi mənbələrdə Həccacın ümumilikdə 130min inasanı qətl etdiyi, 50 min insanı zindanlarda amansızlıqla zülm etdiyi deyilir. O üstü açıq zindanlarda insanları aç saxlayır, qizmar günəş altında onlara işkəncələr veriridi.

Hətta mənbələrdə qeyd olunur ki, o öləndə zindanda 50min kişi, 30 min çılpaq qadın vardi. Bu amansız insanın nə ölümü, nə də məzarı məlum deyil.

Allahın lənəti olsun zalimlərə!
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031