Həccacın məclisində cəsur qadın
Mьəllif: admin1
Tarix: 7-12-2016, 10:54
Həccacın məclisində cəsur qadın

Mən Allahdan qorxduğum kimi heç bir kəsdən qorxmuram
Bəni Üməyyəyə qarşı qalxmış üsyançılar öldürüdü və bir neçəsi əsir düşdü. Üsyançı əsirlər arasında Ümmü Əlqəmə adlı bir qadın da var idi. Onu Həccacın hüzuruna gətirdilər. Məclisdə olanlardan biri dedi: - Ey qadın, Həccaca itaət edərək onun qarşısında təzim et. Yoxsa onun qəzəb və əzabından amanda qalmayacaqsan.
Qadın Qurani-kərimin bu ayəsini tilavət etdi: “Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!” (“Ənam” surəsi, ayə 26)
Bu vaxt Həccac üsyançı qadına dedi: - Ey Allahın düşməni, öz qılıncınla insanları öldürmüsən və düşünülməmiş iş görmüsən.
Qadın ona cavab verərək dedi: - Mən Allahdan qorxduğum kimi heç bir kəsdən qorxmuram. Allahdan bu qorxum mənim nəzərimdə səni milçəkdən də kiçik və xar etmişdir.
Qadın bu sözləri deyərkən, başını aşağı salmışdı. Həccac ona dedi: - Başını yuxarı qaldır və mənə bax.
Qadın dedi: Allah Taalanın baxmadığı bir kəsə baxmağı xoşlamıram.
Həccac məclis iştirakçılarına xitab edərək dedi: - Ey Şam əhli! Bu qadının qətlə yetirilməsi barədə fikriniz nədir?
Dedilər: - Onu öldürmək icazəli və qanını tökmək halaldır.
Qadın Həccaca dedi: - Qardaşının yoldaşları və məclisinin iştirakçıları sənin məclisinin adamlarından daha yaxşı idilər.
Həccac dedi: - Mənim qardaşım kimdir?
Qadın dedi: - Firon. O, məclis iştirakçıları ilə həzrət Musa (ə) barədə məşvərət etdikdə, dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla”. (“Əraf” surəsi, ayə 111 və “Şuəra” surəsi, ayə 36)
Bu sözlərdən hiddətlənən Həccac onun qətlinə fərman verdi. (1)
Həccac, Bəni Üməyyənin sərkərdələrindən olmuş, çoxlu ağır cinayətlər törətmişdir. Tarixçilərin yazdığına görə o İraqa vali kimi göndəriləndə camaatı toplayaraq bismillahsız xütbə oxumuş, İraq camatını bərk təhqir etmiş, onları təfriqəçi, nifaqçı, qaniçən adlandırmış, ölümlə təhdid etmişdir. Sonra da Bəsrəyə döyüşə getmələrini əmr edib demişdi ki, hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir! Mən beli bükülmüş, zəif bir qocayam və bir neçə gənc övladım müharibədə iştirak edir. Onlardan birini mənim yerimə hesab et və məni bu müharibədə iştirak etməkdən azad et. Hələ qocanın sözü qurtarmamışdı ki, Həccac əmr etdi qocanın boynunu vurdular və sərvətini, var-dövlətini müsadirə etdilər.
Tarixçilərin yazdığına görə Həccac doxsan beşinci (h.q) ilində 20 illik hakimiyyətdən sonra ölərkən bu müddətdə onun əmrilə qətlə yetirilənlərin sayı (müharibələrdə ölənlərdən başqa) yüz iyirmi min nəfəri ötürdü və həbsxanalarında əlli min kişi və otuz min qadın var idi. (2)
1. “Muhaziratul-udəba”, c. 3, səh. 143.
2. Məsudi, Mürucuz-zəhəb c-3. səh-134. İbn Əsir, Əl-Kamilu fit-tarix c-4. səh-34. İbn əl-Cövzi, Səfinətul-bihar c. 1. səh. 222.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930