“Allah, Muxtara xeyir mükafat versin!” – İmam Səccad (ə)
Mьəllif: admin1
Tarix: 27-04-2021, 22:58
“Allah, Muxtara xeyir mükafat versin!” – İmam Səccad (ə)
Muxtar hicrətin 1-ci ilində Kufə yaxınlığında kiçik bir qəsəbədə dünyaya göz açıb.

Atası Əbu Übeydə Səqəfi, anasın adı isə Vəhəb qızı Rumə -dir. Muxtar çox şücaətli, ağıllı və bəyənilmiş xüsusiyyətlərə malik biri olub. O dövrünün Təvvabinlər hərakatına qoşuımamış, bu hərakatı faydasız hesab etmişdi. Çünki bu hərakata başçılıq edən Süleyman bin Sərd Xəzaini bacarıqsız hesab edirdi.

Muxtar Əhli-Beyt (ə) sevərlərdən, Aşura gününün intiqamçılarının başçısıdır. Tarixi mənbələrdə Aşura günü onun zindanda olduğu qeyd olunur. O, Aşura xəbərini zindanda alır.

Onun zindana düşməsi barədə deyilir: "Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı."

(Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri, “Tarixi Təbəri”, Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, “Darut turas”, Beyrut, 2-ci çap, Hicri Qəməri təqvimi, 1387)

Muxtar güc toplayıb qiyam edir və demək olar ki, bütün Aşura cinayətkarlarına amansız divan tutur. Bəziləri onun bu qiyamına kölgə salmaq istəsə də, Əhli-Beyt (ə) alimləri onun qiyamının İmam Zeynul-Abidinin (ə) izni və göstərişi ilə olduğunu bildirirlər.

Məhəmməd ibn Məsud nəql edir ki: Muxtar, Übeydullah ibn Ziyadın başını imam Səccada (ə) göndərdikdə o həzrət şükür səcdəsi yerinə yetirir və buyurur: “ Allah, Muxtara xeyir mükafat versin!”. (Səfinətül-bihar, c.1, s. 435, Biharül-ənvar,c. 45, s. 350)

Həmçinin İmam Baqirdən (ə) nəql olunur ki: ” Muxtara rəva olmayan söz deməyin! O, bizi öldürənləri öldürdü, qısasımızı aldı!”

Muxtar qiyam etdikdən sonra 17 aya qədər küfədə hakimlik etdi. Sonda hicrətin 67-ci ilində Musəb ibn Zübeyrin başçılığı ilə gələn ordu qarşısında məğlub oldu və qəhrəmancasına döyüşərək Kufə məscidində şəhid oldu.

Onun məzarı Kufə məscidi yaxınlığında, Müslim ibn Əqlin məzarı yaxınlığındadır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930