Sionistlər Yusif Peyğəmbərin (ə) qəbrinin olduğu bölgəyə hücum etdi
Mьəllif: admin1
Tarix: 17-01-2018, 10:03
Bцlmə: Xəbərlər
Sionistlər Yusif Peyğəmbərin (ə) qəbrinin olduğu bölgəyə hücum etdi
Yüzlərlə sionistin 16 yanvar sübh radələrində Nablusda Yusif peyğəmbərin (ə) qəbrinin olduğu bölgədə ayin keçirmək üçün hücum etdiyi bildirilib.

Deyerler.or Palinfo-ya istinadən xəbər verir ki, yüzlərlə sionist axşamdan hücuma hazırlıq üçün şəhərin şərq hissəsindəki Beyt Furik nəzarət məntəqəsinə axın ediblər.

Keçən həftə bir ravvinin Nablusun yaxınlığında fələstinli mücahidlər tərəfindən öldürülməsindən sonra, sionistlərə səsucaldanlara Yusif (ə) peyğəmbərin qəbrinin olduğu bölgəyə getmələri üçün müraciət olunmuşdu.

Sionist əsgərlər xeyli sayda hərbi maşın və bir buldozerlə Nablus şəhərinin şərqinə basqın təşkil etdi, əsgərlərdən bəziləri də Yusif (ə) peyğəmbərin qəbrinin olduğu bölgədə binaların damlarına çıxaraq, sionistlərin təhlükəsizliyi üçün tədbir görüblər.

İsrail rejiminin təhlükəsizlik tədbirlərindən sonra, yüzlərlə sionist beş avtobusla və bəzi xüsusi maşınlarla Yusif (ə) peyğəmbərin qəbrinin olduğu bölgəyə gəliblər.

Onlarla fələstinli gənc yollara maneələr qoyaraq və avtomobil şinləri yandıraraq, sionistlərin və İsrail rejiminin qüvvələrinin bölgəyə girmələrinə mane olmağa çalışıblar. Sionist əsgərlərin gənclərə qarşı həqiqi güllələrdən, səs və göz yaşardıcı qaz bombalarından istifadə etdiyi bildirilir. Baş vermiş toqquşmalarda xeyli sayda gəncin yaralandığı bildirilib.



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930