Həzrət Qaim (ə.f), əynində Həzrət Yusifin (ə) köynəyi olaraq qiyam edəcəkdir
Mьəllif: admin1
Tarix: 25-02-2024, 13:08
Həzrət Qaim (ə.f), əynində Həzrət Yusifin (ə) köynəyi olaraq qiyam edəcəkdir
Bəzi mənbələrdə nəql edilir ki, Həzrət Zeynəb (s.ə) Aşura günü İmam Hüseynə (ə) bir köhnə köynək verir ki, onu qarət edən zaman əynindən çıxartmasınlar.

Bəzilərinin dediyinə görə, bu köynək Həzrət Yusifin (ə) köynəyi olmuşdur. Ancaq bu barədə səhih hədisə rast gəlinməmişdir.

Həzrət Yusifin (ə) köynəyi Həzrət Peyğəmbərə (s) və ondan sonra da Məsum İmamlara (ə) çatmışdır.

Bu köynək haqqında Şeyx Səduq “Kəmaləddin və tamami neməh” kitabında nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Bilirsinizmi ki, Yusifin (ə) köynəyi necə olmuşdur?

O zaman ki, atəş İbrahim (ə) üçün alovlanır, Cəbrayil (ə) onun üçün bir behişt libası gətirir və ona geyindirir.

Onun vasitəsilə soyuq və isti İbrahimə (ə) ziyan vurmur. O zaman ki, İbrahimin (ə) ölümü gəlib çatır, onu qolbağa qoyur və İshaqa (ə) bağlayır.

İshaq (ə) da onu Yəquba (ə) bağlayır. O zaman ki, Yusif (ə) dünyaya gəlir, Yəqub (ə) onu Yusifə (ə) bağlayır. O zaman ki, Yusif (ə) o köynəyi qolbaqdan çıxardır – Yəqub (ə) onun iyini hiss edir.

Bu, Allahın həmin kəlamıdır ki, buyurur: “Karvan (Misirdən) ayrılan kimi ataları (Kənanda) dedi: «Əgər məni səfeh hesab etməsəydiniz, (deyərdim ki,) həqiqətən mən Yusufun ətrini hiss edirəm»”. (“Yusif” 94).

O peyğəmbər (ə) ki, bir elm və ya bir şeyi irs aparmışdır – bu, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) çatmışdır”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Həzrət Qaim (ə.f) həmin köynəklə qiyam edəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930