Yusif peyğəmbərin (ə) Nablusda məzarı yandırılıb(Foto)
Mьəllif: admin1
Tarix: 17-10-2015, 12:07
Bцlmə: Xəbərlər
Yusif peyğəmbərin (ə) Nablusda məzarı yandırılıb(Foto)

Cinayətkarlar Hz.Yusif peyğəmbərin (ə) məqbərəsi adlanan ziyarətgaha yandırıcı şüşələr ataraq müqəddəs məkana od vurublar.

Maide.az xəbər verir ki, cümə günü səhər saatlarında Nablus şəhərində yerləşən Hz.Yusif peyğəmbərin (ə) məqbərəsi adlanan ziyarətgaha naməlum şəxslər tərəfindən od vurulub.

Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbas ziyarətgahın yandırılması aktını pisləyib.

O, hadisənin araşdırılmasına dair tədqiqat Komissiyasının yaradılması və ziyarətgahın təmirinə başlanması haqqında göstəriş verib.

Abbas Hz. Yusif peyğəmbərin məqbərəsinə hücümü məsuliyyətsiz addım adlandırıb.

Bu hücum fələstinlilərlə sionistlər arasındakı toqquşmaların pik həddə çatdığı bir vaxtda baş verib. Bu toqquşmalar iki həftə bundan əvvəl başlayıb və indiyədək Fələstin tərəfdən 32 şəhid və min nəfərdən çox yaralı, israillilər arasında isə 7 nəfər ölüb və onlarla insan xəsarətlər alıb.
BMT-nın baş katibi Pan Gi Mun da bu hadisəni pisləyib.

Hz.Yusif peyğəmbərin (ə) məqbərəsi İordan çayının qərb sahilindəki Nablus şəhərindən 1 km məsafədə yerləşənBelat-əl-Bələd qəsəbəsində yerləşir.

Yusif peyğəmbərin (ə) Nablusda məzarı yandırılıb(Foto)
Yusif peyğəmbərin (ə) Nablusda məzarı yandırılıb(Foto)
Yusif peyğəmbərin (ə) Nablusda məzarı yandırılıb(Foto)
Yusif peyğəmbərin (ə) Nablusda məzarı yandırılıb(Foto)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031