QADINLARA HANSI İŞLƏR QADAĞANDIR?
Mьəllif: admin1
Tarix: 13-05-2018, 09:18
QADINLARA HANSI İŞLƏR QADAĞANDIR?
Qadınların təbiəti, əxlaqi səciyyələri bəzi hallarda kişilərlə heç də bərabər olmayıb. Onların hər biri digərinə nisbətən imtiyaza malikdir.Qadınlar analıq hissinə malik olduqlarına görə kişilərə nisbətən övladın qorunub-saxlanması, təlim-tərbiyə işlərində ön cərgədədirlər.

İslam dini də tövsiyə edir ki, oğlanlar iki yaşının sonuna, qızlar isə yeddi yaşına qədər analarının yanında olsunlar. Amma əgər anaların özləri bu işdən imtina etsələr, eybi yoxdur. Kişilər də daha artıq əqlə, məntiqə malik olduqlarına görə, müəyyən hallarda qadınlardan üstündürlər və ictimai işlərdən bəziləri yalnız kişilərin öhdəsində ola bilər.

Hökmranlıq, cəmiyyətə və ya müəyyən qruplara rəhbərlik etmək kişilərə məxsusdur və qadınlar bu qəbildən olan məsələlərdə məsuliyyəti öhdələrinə ala bilməzlər.

Tarix göstərir ki, qadınlar siyasi işlərdə o qədər də məharətli olmamış və hər yerdə siyasətə qoşulmuşlarsa, adətən məğlubiyyətlə qarşılaşmışlar.

Misal üçün, müsəlmanların əksəriyyəti tərəfindən ehtirama layiq görülən iki qadın - Ayişə və Ümmü Sələmə hər ikisi Peyğəmbərin (s) zövcələridir, lakin birincisi siyasətə qoşularaq hakimiyyət bayrağını ələ keçirmək üçün Həzrət Əli (ə) ilə müxalifət etdi və hətta Ümmü Sələməni də bu işə tövsiyə etdi, amma onun kəskin ilə qarşılaşdı.

Bu səhv yolu getmək bais oldu ki, öz imamına qarşı üsyan etsin, minlərlə günahsız müsəlmanın qanını hədərə versin, həqiqi şəxsiyyətini ləkələsin. Amma Ümmü Sələmə “Möminlərin anası” ləqəbinin hörmətini qoruyub saxladı, Həzrət Əli (ə) və Hüseynin (ə) sirlərinə məhrəm oldu, həmişə vilayətin xüsusi əmanətləri onun yanında idi...

Mühakimə və qəzavət işi də atifi məsələlərlə uyğun gəlmədiyinə görə camaatın canı, malı və müqəddəratı həll olunduğuna görə, qadınların atifi bir varlıq olması ilə heç də uyğun gəlmir və bu məsələ də hakimiyyət məsələsi kimi xüsusi şərtlərə malik olan kişilərə məxsusdur.

İbtidai cihad–İslamın genişləndirilməsi, yayılması məqsədi ilə edilən hücum (cihad) da kişilərə məxsusdur və bu məsələ də qadınların incə, lətif duyğuları ilə bir yerə sığışmır və onlar üçün qadağandır. Amma müdafiə cihadında düşmənin nüfuzunun qarşısını almaqda əqlin və şəriətin hökmü ilə bütün insanlara, qadın və uşaqlara böyük-kiçik, qadın və s. hamıya aiddir və hamı öz şəxsiyyətini, istiqlaliyyət və namusunu qorumalıdır.

Qadınların islami maarifi və müxtəlif elmləri kəsb etməkdə kişilərlə heç bir fərqləri yoxdur, bu barədə hər hansı məhdudiyyət nəzərə çarpmır. Amma əgər qadınlar ictihad məqamına çatsalar öz fətvasına əməl edə bilərlər, amma başqalrı ona təqlid ediə bilməzlər.

Məşvərət məsələlri, uzaqgörənliklə əlaqədar olduğuna atifi işlərlə ziddiyyət etdiyinə görə, mütəvatir və çoxlu hədislərdə gəlmişdir ki, qadınlarla məşvərət etməyin, onların nəzərlərinin əksini qəbul edin, hətta qadının fikilrənin ardınca düşənlər də lənətə, İlahi rəhmətdən uzaqlığa səbəb olur.

Amma təcrübəli, aqil qadınlarla kifaəyt qədər məlumatlı olduğu məsələlərdə məşvərət etməyin eybi yoxdur, belə hallarda onlarla məşvərət etmək olar.”

Bunlardan başqa digər yerlərdə bütün ictimai və fərdi məsələlərdə iştirak etmə haqqına malikdirlər, öz sərmayələrini dövriyyəyə buraxa bilərlər, dərs, təlim-tərbiyə siniflərində iştirak edə və dərs verə bilərlər.

Qadının haqqı vardır ki, ibtidai mərhələləri keçdikdən sonra həkimlik, tibb bacısı və s. kimi işlərdə işləsinlər. Çünki onlar kişilər kimi istiqlaliyyət, iradə və şəxsiyyətə malikdirlər. İslam və Quran təkcə qadınları nəinki qadağan etmir, hətta bütün ardıcıllarını səy və fəaliyyət etməyə səsləyir.

Rəsulallah (s) buyurur: “Çalışqan insan, istər kişi olsun, istərsə də qadın, Allah yolunda cihada məşğul olan mücahid kimidir.”

Məlumdur ki, qadınlar ictimai məsələlərdə atifi məsələlərə zidd olmayan işlərdə tamamilə azaddırlar, bu barədə heç bir məhdudiyyət yoxdur.Onların zatında qoyulan eşq və atifə hökmü ilə kişilərdən daha yaxş müalicə, təlim-tərbiyə, xəstələrə qulluq işlərində cəmiyyətə və övladlarına xidmət edə bilərlər.

Bu kimi işlərdəki boşluqları doldurmaqda təsirli ola bilər və onların dəyərli nəticələri ilə iftixar edə bilərlər, Allah dərgahında onun əvəzini ala bilərlər.

Rəsuli-Əkrəm (s) buyurur: “Hər kəs öz zəhməti ilə yesə, qiyamət günü peyğəmbərlərin cərgəsində olar və onların savabına malik ola bilər.”

Həzrət Zəhranın (s.ə.) həyat tarixi göstərir ki, o, təkcə ibadət və ictimai məsələlərdə deyil, həm də həssas anlarlda da dövrün zalım hakimləri ilə siyasi mübarizəyə qalxır, öz danılmaz haqqını, ərinin vilayətini müdafiə edirdi.

Zəhrayi Mərziyyə Əlinin (ə) həyatının həssas anlrında ona arxa durdu. Hətta Mədinə məscidində Mühacir və Ənsar arasında öz məşhur xütbəsini oxuyur, özünün və ərinin məzlumiyyətini çatdırır.

Necə ki, Əli (ə) bunu “Nəhcül-bəlağə”nin 28-ci məktubunda bəyan etmişdir. Düşmənlər Həzrətə (ə) qarşı hörmətsizlik edəndə var qüvvəsi ilə həyat yoldaşının haqqını qəsb edənlərlə mübarizəyə qalxır.

Fatimə (s.ə.) Əli (ə) ilə birlikdə gecələr Mühacir və Ənsarın evlərinin bir-bir qapılarını döyür, Əlinin (ə) vilayəti və məzlumluğu barəsində onlardan imdad istəyir, köməyə səsləyirdi.

Rəsuli-Əkrəmin (s) zövcələri və sair qızları da Həzrət Fatimə kimi ibadət və ictimai məsələlərdə iştirak etmişlər, heç də tamamilə evlərində oturmamışlar.

Bu şahidlərə diqqət yetirərək nəticə alırıq ki, evdar qadınlar bacardıqca bu əxlaqi hədislərə riayət etməli, ərinin icazəsi olmadan evdən çıxmamalıdırlar. Amma ərinin icazəsi ilə bütün iqtisadi, ictimai, tam hicaba, əxlaqi məsələlərə riayət edərək tam vüqar və həya ilə kişilərə qarışmadan fəaliyyət göstərə bilərlər.

Qadının iqtisadi və ictimai hərəkətləri belə şərtlərə riayət etdikdə bu işlərdən qadağan olunmurlar, həm də bir dini vəzifə sayılır. Çünki iffət, həya və hicab silahı ilə tam yaraqlanarsa, heç vaxt əxlaqsızlıqlara düçar olmazlar. Allah-taala bütün İslam qadınlarına Zəhra (s.ə.) kimi əməl etməyə müvəffəq etsin!

İlahi, müqəddəs İslam dininin təbliğ olunmasında, ictimai ehtiyacların təmin olunmasında, bizim hamımıza məqsədyönlü müvəffəqiyyət inayət et! İlahi, əziz İslam ümmətini fikri vəhdətə və İslami dünyagörüşünə hidayət et! İlahi, bizi Öz pənahında, Əlinin (ə), həmçinin onun 11 pak övladının bayrağı altında olmağa müvəffəq et!

İlahi, bizim din, namus və ölkəmizi zalımların şərindən amanda saxla! İlahi, bizim xəta ilə dolu olan gözlərimizi Həzrət Mehdinin (ə) nurani cəmalı ilə aydın et, Qiyamət günü Məhəmməd (s) və onun Əhli-beytinin (ə) şəfaətindən məhrum etmə!

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930