QADIN VƏ İÇTİMAİYYƏT
Mьəllif: admin1
Tarix: 15-07-2020, 09:45
QADIN VƏ İÇTİMAİYYƏT
Müqəddəs İslam dininin səciyyəvi xüsusiyyətlərindən biri də bütün işlərdə normal həddə riayət etməsidir. Pərvərdigari-aləm “Bəqərə” surəsinin 43-cü ayəsində bunu buyurmuşdur.

Əli (ə) də öz vəsiyyətlərində buyurur ki, gadınlar barəsində həddindən artıq tələbkarlıq, normal həddən keçmək onları fəsada sala bilər.

Qadın və kişinin bir-birinə garışması və bu barədəki göstərişlərə əməı olunmamasının fitnə-fəsada səbəb olmasına baxmayaraq, bu barədə yersiz tələbkarlıq da şeytanın vəsvəsələrindən və böyük günahlardan hesab olunur. Bəziləri quru müqəddəslik edərək bu kimi əmələ mürtəkib olurlar.

Qadınlar da kişilər kimi pak və müqəddəs duyğulara malikdirlər, öz gohum-əqrəbaları ilə görüşmək, qohumluq əlaqələrini dəvam etdirmək, camaat namazında iştirak etmək, cəmiyyətdə içtimai fəaliyyətlər göstərmək istəyirlər.

Digər tərəfdən, içtimai və şəxsi zərurətlər, o cümlədən, müalicə, təbabət, tədris, təhsil və sair kimi işlərin zərurəti bu müddəanı sübut edir.

Mütəal Allah da müxtəlif yerlərdə, o cümlədən, “Nisa” surəsinin 32-ci ayəsində həqiqətə işarə edir, islami hədislər də bunu təkid edir. Biz neçə nümunəni qeyd edirik.

Rəsuli-Əkrəm (s) buyurur: “Öz qadınlarınızın məscidə getmələrinə mane olmayın, bu şərtlə ki, onlar, bu işi bəzənmədən, özünü (başqalarına) göstərmədən görsünlər.”

Həzrət yenə buyurur: “Qadınlarınızın məscidə getməsinin garşısını almayın, amma evdə oturmaq onlar üçün daha yaxşıdır.”

Bu hədisdə kişilərə əmr olunur ki, qadınlarının məscidlərə getməsinə manə olmasınlar. Həmçinin bu əxlaqi həqiqəti qadınlara xatırladır ki, onların evdə oturmaları qadın hicaba və ailə huququna riayət olunması, övlad tərbiyəsi üçün daha yaxşıdır.

Rəsuli-Əkrəm (s) buyurur: “Qadınlarınızın gecə məscidə getmələrine icazə verin.”

Bu qəbildən olan hədislərdən aydın olur ki, qadınlar evdən çıxıb ümumi mərasim və məclislərdə iştirak edə bilərlər, bu şərtlə ki, islami hicaba riayət etsinlər, həm də bəzənməsinlər, özlərini göstərməsinlər, ərlərinin hüquqlarını tapdalamasınlar və bu iş gərək hökmən onların icazəsi ilə olsun.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930