QADININ EVDƏN KƏNARDA İŞLƏMƏSİNİN HƏDDİ-HÜDUDU
Mьəllif: admin1
Tarix: 11-05-2018, 21:39
QADININ EVDƏN KƏNARDA İŞLƏMƏSİNİN HƏDDİ-HÜDUDU
İslam fəqihləri və islamşünasların nəzərində belə bir məsələ var ki, İslamın hər hansı bir məsələ barəsində sükut etməsi onun icazə verilən bir əməl olması mənasındadır.Hər işin əsaləti də halal və mübah olmasıdır.Bu məsələ əql ilə, aqillərin getdiyi yol və adi camaatın nəzəriilə müvafiqdir.

Quran da buna aşkar işarə edərək buyurur: “Biz heç vaxt bir peyğəmbər göndərmədən camaata əzab vermərik.”

İşgəncə və cəzalandırma, həbsxana, sürgün, və s. camaat arasında da həmişə qanun pozuntusu hallarını həmişə baş verməlidir. Əks halda məntiqi olmayacaqdır.

İslam məktəbi qadınların evdən xaricdə işləməyi barəsində razılıq əlaməti olaraq sükut etmiş, həm də bu işə icazə verildiyini aşkar bəyan etmişdir. Qurani-kərim, Peyğəmbərin (s) sünnəti və Əhli-beytin (ə) getdiyi yolda bu mühüm ictimai mövzu ilə qarşılaşırıq.

Həzrət Musa Mədyən quyularının yanına çatanda camaatdan kənarda dayanan iki qadını gördü. Onlar quyuların yanında dayanmışdırlar. Həzrət onlardan soruşdu ki, siz kimsiniz, cavab verdilər ki, biz gözləyirik ki, çobanlar getsinlər, sonra öz qoyunlarınıza su verək.

Bu ayə və sair ayələrdən mövzumuza aid olan çoxlu mühüm dərsləri əldə etmək olar.

O cümlədən: Camaatın (çobanların) yanında olan o qadınlar Həzrət Şüeybin (ə) qızları idi.Həzrət Şüeyb (ə) böyük İlahi peyğəmbər idi. Bu qızlar da dövrün məşhur işi olan çobançılıq, qoyunlara su vermək və s. kimi işlərlə məşğul olurdular. Evdən xaricdə də öz vəzifələrini yerinə yetiridilər.

Əgər qadının evdən kənarda işləməsi caiz deyildirsə, onda belə bir peyğəmbərin qızları da evdən çıxmazdı və Quran da o işə icazə verilməsi əlaməti olaraq bizim üçün bəyan etməzdi.

Həzrət Şüeybin (ə) qızları çobanlara qarışmamış, onlardan aralıda dayanaraq öz işlərini yeritnə yetirməyi gözləyirdilər. Yəni qadınlar ictimai yerlərdə kişilərlə qarışmaqdan, xüsusilə həssas zamanlarda zərər ehtimalı verildikdə uzaq olmalıdırlrar ki, bununla da aludəlikdən və pozğunluqdan amanda qalıb cavanları və cəmiyyəti bədbəxtliyə çəkməsinlər.

Çünki qadınla kişinin bir yerə yığışması təcrübədə göstərir ki, müxtəlif problemlərə və əxlaqi meyarların aradan getməsinə səbəb olur, Avropadakı kimi mövcud vəziyyət bizim müddəamızın canlı şahididir. Qadının evdən kənarda işləməsinə yalnız bu şərtlərlə icazə verilir.

Qadınların kişilərlə rəftarı və onların cəmiyyət içərisində - bazarda, xiyabanlarda, müxtəlif kütləvi mərasimlərdə və sair yerlərdə lazımi iffət və həya ilə yanaşı olmalıdır.

Onların hər cür təhrikedici, həyəcanlandırıcı əməlləri, özlərini göstərmələri və qeyri-münasib rəftarları camaatt arasında Quranın, sünnətin və cəmiyyətin məsləhətinin ziddinədir.

Bu barədə müəyyən məqamdakı şəxslər kütləvi informasiya vasitələrinin məsul işciləri bəzi kinoların qeyri-münasib hərəkətlərini nəzərə almalı, onların uşaqların və cavanların təlim-tərbiyəsinə buraxdığı son dərəcə mənfi təsirlərini unutmamalıdırlar.

“Qurani-məcid”dən əlavə, hədislər də qadının işləyə bilməsini aşkar bəyan edir. Belə ki, hədislərdə də qeyd olunduğu kimi, Peyğəmbəri-Əkrəm (s) bəzi hallarda qadının da kişi kimi işləməsini vacib həddində olduğunu buyurmuşdur.

Başqa bir hədisdə də Həzrət (s) buyurur: “Qazanc əldə etmək və ticarət etmək, onun şərt və hökmlərini öyrəndikdən sonra vacib olur.”

Doğrudur ki, bu hədisdə qadının adı çəkilməmiş, ona xitab olunmamışdır, amma qadın da belə hallarda kişilərlə eyni vəzifə daşıyır, ictimai zərurətlər bir növ vəzifəni müəyyən edir, əgər müsəlman qadınlar işə, xüsusilə özləri ehtiyaclı olsalar, bu halda onlara vacibdir ki, ictimai ehtiyacların təmin edilməsi məqsədi ilə daimi səylərini etsin və bu müqəddəs ictimai istiqamətdə addım atsınlar.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930