Hicabın fərdi və ictimai bərəkətləri
Mьəllif: admin1
Tarix: 1-02-2024, 10:36
Hicabın fərdi və ictimai bərəkətləri
Hicab elə bir anlayışdır ki, həm kişiyə və həm də qadına vacibdir. Bu, mənəvi anlam daşıyır. Ancaq qadın zərif və gözəl bir məxluq olaraq xəlq edildiyi üçün, kişilərə nisbətən daha çox diqqət mərkəzində olur.

Ona görə də qadınların həm mənəvi mənada, həm də geyim mənasında hicaba və iffətə riayət etməsi dinin nəzərinə görə daha zəruridir.

İmam Sadiq (ə) buyurur: “Həyanın on şeyi vardır ki, doqquzu qadınlarda, biri kişilərdədir”.

O zaman ki, qadın hicab taxmadan naməhrəm məclisində olar, onların diqqətini rahatlıqla özünə cəlb edər və mənəvi ruhiyyəsini əldən verər.

Hicabın bərəkətləri ilə tanış olaq.

1. Hicab – insanı hər cür günah və fəsaddan qoruyan çətirdir. Əgər qadın cəmiyyətdə həyasına riayət edərsə, xəstə ürəklərin fəsad rəftarlarının qarşısını almış olar.

2. Cəmiyyətdə ictimai təhüləsizlik artar. Əgər qadınlar və kişilər İslami geyimlərinə və əxlaqlarına riayət etsələr, cəmiyyətdə olan cinayət və fəsadın sayı azalar.

İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “Nəzərini (naməhrəmdən) bağla ki, hicabda ciddi olmaq sənin üçün və onlar üçün daha yaxşıdır”.

3. Qadın fərdi və ictimai həyatda dəyərli olar. Hicaba və iffətə riayət etməyin bərəkətlərindən biri budur ki, qadın həm fərdi və həm də ictimai olaraq dəyərli olar.

Çünki bu insan öz daxili gövhərini kəşf edər və gövhərin oğrular tərəfindən oğurlanmasına imkan verməz. Belə olan zaman qadın İlahi rəngə boyanar və Qurana, həyaya təslim olar.

Öz dəyərini İlahi tərəzi ilə ölçər. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb”. (“Tövbə” 111).

Əhli-Beyt (ə) buyurur: “Canlarınızın qiyməti behiştdən savayısı deyildir. Ona görə də ondan qeyrisinə satmayın”.

Beləliklə deyə bilərik ki, hicab və iffət təkcə dini bir vacibat deyldir, əslində ictimai bir qanundur ki, əgər ona əməl olunarsa özü ilə çoxlu bərəkətlər gətirər və cəmiyyəti fəsaddan paklayar.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930