QADININ ÖZÜNÜ BAŞQALARINA GÖSTƏRMƏSİ
Mьəllif: admin1
Tarix: 7-03-2021, 11:57
QADININ ÖZÜNÜ BAŞQALARINA GÖSTƏRMƏSİ
Qeyd olunduğu kimi, qadının öz əri üçün bəzənməsi dini bir vəzifədir.

Amma qadının özünü və öz zinətlərini başqalarına göstərməsi İslam şəriətində haram və qadağandır, ona mürtəkib olanlar üçün ağır cəza tədbirləri nəzərdə tutulub.

Çünki bu fərzdə cəmiyyət, xüsusi ilə cavan nəsil fəsada çəkilir, ümumxalq mənafeyi nəzərə alınaraq onların qarşısı alınmalıdır.

Rəsuli-Əkrəm (s) qadınların başqaları üçün bəzənməsini qadağan edir və buyurur: “Hər kəs bu qanunu pozsa, Allah onu cəhənnəm əzabında yandırar.”

İmam Sadiq (ə) buyurur: “Hər qadın öz ərindən başqası üçün bəzənsə, nə qədər ki, bu işdən peşmançılıq əlaməti olaraq qüsl etməyib, Allah onun ibadətlərini qəbul etməz.”

Təqlid mərcələri də məhz bu hədisə əsasən fətva verərək qeyd etmişlər ki, ərindən başqası üçün ətirlənən qadın tövbə və peşmanlıq əlaməti olaraq qüsl etməlidir.

Rəsuli-Əkrəm (s) buyurur: “Hərgah bir qadın bəzənib ətirlənərək evdən çıxsa, evə qayıdana qədər lənətlənir.”

Rassel və onun həmfikirləri isə deyir ki, bütün qadın və kişi cəmiyyətdə (cinsi ehtiraslar cəhətindən) azad olmalı, ailə qeyd-şərtlərinin qadına və ya kişiyə həsr olunması məsələsi aradan qaldırılmalıdır.

O, xüsusi ilə kişilərə tövsiyə edir ki, öz arvadlarının başqa yad kişilərə olan eşqini ehtiramlı sayıb onların aşiqanə rabitələrinə mane olmasınlar. Sonra isə belə tövsiyələri eynilə qadınlara da verir.

Amma İslam Peyğəmbəri (s) buyurur ki, hər kəs öz həyat yoldaşının bəzənib evdən çölə çıxmasına razı olarsa, qeyrətsiz və dəyyusdur və hər kəs ona dəyyus deyərsə, əsla günah sayımaz.”

Başqa bir hədisdə buyurulur: “Mənim ümmətimin ən yaxşı qadınları onlardır ki, öz ərləri qarşısında daha çox bəzənir, amma yadlardan və naməhrəmlərdən özlərini qoruyur.”

Aydındır ki, İslam ümmətinin qadınları öz peyğəmbərlərinin göstərişlərinə tabe olaraq Rassel və onun kimilərinin ictimai iffətsizliyinin ziddinə qərar qəbul etməli, yadların qarşısında ciddi imanla, möhkəm dayanıb, namuslarını, şərəflərini qorumalıdırlar.


(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930