QADINLARIN MADDİ İSTİQLALİYYƏTİ
Mьəllif: admin1
Tarix: 10-05-2018, 10:20
QADINLARIN MADDİ İSTİQLALİYYƏTİ

Qadınlar kişi kimi fikir, iradə və şəxsiyyətə malik olub insaniyyət nəzərindən onlarla fərqlənmir. Onlardan hər biri insani kamaldan nə qədər faydalansalar, ilahi dərgahda da bir o qədər yaxın və möhtərəm olacaqlar.“Qurani-məcid”in bəyan etdiyi kimi, Zəkəriyya (ə) kimi aliqədr peyğəmbər Həzrət Məryəmin (s.) məqamını arzu edir.

Ümumiyyətlə, ilahi dərgahda kişi və ya qadının yaxın olmasının əsas meyarı insani fəzilətlər, o cümlədən, təqva, pərhizkarlıq, ixlas, ilahi sifətlə olmaq elm və agahlıq təhsil üçün məşğul olmaq cəmiyyətin və ailənin müqəddəs hədəfələrə çatmaq yolundakı ardıcıl səylər və fəaliyyətlərdir.

İmam Rzadan (ə) nəql olunan bir hədisdə oxuyuruq ki, ciddi səy edən şəxsin savab və mükafatı Allah yolunda cihad edən şəxsin savabından artıqdır.

Buna əsasən, bu ülgülərdəki qadın və kişilər həqiqətə nə qədər yaxın olsalar, dini və ictimai üstünlük ona aid olacaqdır. İslam dini kişi və qadın arasında heç bir fərq qoymamış, hər birinin şəxsiyyət və iradəsini rəsmi şəkildə tanımış, hər növ ağlasığan qərarları hər hansı tərəfdən olsa, möhtərəm sayır.

Necə ki, mərhum Əllamə Təbatəbai buyurur: Qadın və kişi bütün ictimai və şəxsi məsələlərdə azaddır. İslam tam mənada qadının bu azadlıq və istiqlaliyyətinin tərəfdarırdır.Amma kişilərə məxsus olan bir neçə xüsusiyyətdən başqa.

Gördüyünüz kimi, qadınlar ictimai və şəxsi işlərin hər birində xüsusilə, maddi məsələlərdə azad və müstəqildir, bütün fəaliyyət növləri kamil surətdə onlar üçün də azaddır.

Yəni kişilər öz sərmayə və qazanclarına malikidirlər, qadınar da eyni ilə müxtəlif kəsb ticarət və mal-dövlətlərinə malikidirlər.

Bu ayədən aydın olur ki, qadınların hər növ işi kəsb ticarəti, gəliri kişilərin qanuni işləri kimi azad və mübahdır.

Yəni cahiliyyət dövrünün əksinə olaraq ( o vaxt belə bir qanun var idi ki, qadınlara uşaqlara və ölənin irsindən heç nə verilmirdi) kişilər üçün ata-anaları tərəfindən irs qalan şeylər də bir pay vardır. Həmçinin, qadınların da kişilər kimi bir payları vardır. İstir ölənin mirası az olsun, istərsə də çox olsun, qadınların payını vermək lazımdır.

Bu iki ayə və sair ayələr qadınlrın hüquqlarını müdafiə edir.Bu ayədən aşkar olur ki, qadın maddi məsələlərdə kişilər kimi hüquq sahibidir və nəticədə özlərinin bütün sərmayələrimdə azaddırlar, hər növ qanuni qərarlar qəbul edə bilərlər, kişilər kimi öz mallarını ticarətə buraxıb mənfəət əldə edə bilərlər.

Tarix göstərir ki, İslam Peyğəmbərinin (s) arvadı Həzrət Xədicənin bollu sərvəti onun geniş miqyaslı ticarətləri ilə əldə edilmişdi ki, Rəsuli-Əkrəm (s) onun ticarət işçilərindən biri idi.O Həzrət bütün ticarət səfərlərində və bağlanan ticarət qərarlarında şəxsən Xədicə ilə qərar bağlayırdı.

Bu və yüzlərlə bu kimi hadisələr göstərir ki, qadınlar maddi məsələlərdə eynilə kişi kimidir və İslam dini müxtəlif hədis və ayələrdə müsəlmanların həmişəki yollarından əlavə, Rəsuli-Əkrəmin fərmanından indiyə qədər onu təsdiq etmişlər.

Həzrət buyurur: “Bütün insanlar, qadın və ya kişi olmasından asılı olmayaraq, öz sərmayələrindən bəhrələnməkdə azaddırlar.”

Qadınlar üçün ticarət və kəsb kişilər kimi qanuni bir məsələdir və bəzən vacib olur.Bu halda qadınların vəzifəsi budur ki, ruzi əldə etməkdə kişilər kimi lazımi qədər fəaliyyət göstərsinlər.

Peyğəmbərimiz (s) buyurur: “Halal ruzi qazanmaq bütün müsəlmanlara, istər kişi, istərsə də qadın üçün vacibdir.”

Hətta icazə verilir ki, qadınlar İslam qoşununda, İslam döyüşçülərinin yanıda yaralılara ilk tibbi yardım göstərmək, yemək hazırlamaq və s. kimi zəruri işlərdə iştirak etsinlər, bəzən həssas və təhlükəli anlarda İslamın və müsəlmlanların müdafiəsinə qalxsınlar.

Belə olan halda heç bir ixtilaf yoxdur ki, habelə keçmişdə yaşamış və hal-hazırda həyatda olan fəqihlər öz fiqh kitablarında cihad bölməsində onu qeyd etmişlər. Biz İslam nəzərindən hicab barəsində söhbət etmişdik.Bu, o qədər aydın bir məsələdir ki, Peyğəmbər (s) öz səfərlərində zövcələrindən birini özü ilə aparırdı.

İslamın dindar, agah və rəşid qadınlarından biri olan, Peyğəmbərin (s) səhabələrindən sayılan qadın Ümmü Ətiyyə deyir: “Yeddi döyüşdə Rəsuli-Əkrəmlə birlikdə iştirak etdim. Hər yeddisində də yemək hazırlayır, çörək bişirir, yaralılara tibbi yardım edirdim.”

Bu barədə yeganə şərt iş üçün və qadının cəmiyyətdə olması üçün tövsiyə olunan yeganə şərt budur ki, qadın gərək tam vüqarla, hicaba riayət etməklə camaat arasında hərəkət etsin, cəmiyyətin, xüsusilə də cavanların sağlamlığında mühüm rol ifa etsinlər. Çünki onun hicabı və iffəti cihad hökmündədir, bəlkə də cihaddan üstündür.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930