QADIN HÜQUQUNUN MÜDAFİƏSİ
Mьəllif: admin1
Tarix: 10-04-2018, 10:32
QADIN HÜQUQUNUN MÜDAFİƏSİ
İyirminci əsrə qədər üzdəniraq mütərəqqi və azad ölkələrdə qadınların hüquqları barəsində azacıq belə, bəhs edilməmişdir.

Amma müqəddəs İslam dini özünün yarandığı ilk gündən etibarən - 14 əsr bundan əvvəl həmin qaranlıq, qadınların heç bir hüququ olmadan, kölə şəklində saxlandığı, onlarla heyvan kimi rəftar olunduğu bir dövrdə bu təbəqədən olan məzlumların hüquqlarını müdafiə edərək dünyaya hakim olan vəhşiliklərlə mübarizəyə qalxmışdır.

Allah-taala həmin dövrdə olan kişiləri məzəmmət edərək cahiliiyət dövrünün vəhşi əməllərinin üzərindən pərdəni götürür, onların qadınlara, qızlara etdiyi zülmləri müəyyən qədər təcəssüm etdirib buyurur:

“Elə ki, onlardan birinə “qızın olubdur” deyə xəbər versəydilər, bu körpənin varlığından o qədər əsəbiləşir və narahat olurdular ki, qəzəblərindən üzləri qaralırdı. Deyirdilər ki, bu xarlığa dözümmü, yoxsa aparıb onu diri-diri dəfn edim?”

Məhz bu zülmlərlə mübarizə barəsində Allah-taala buyurur ki, Həzrət Zəkəriyya Həzrət Məryəmin bu qədər əzəmətli məqamını görərkən Allahdan qız övladı istəyir.

Allah-taala peyğəmbərimizə Həzrət Zəhra kimi bir nemət verdikdə bu böyük nümətin müqabilində şükür etmək üçün qurban kəsməyi, həmd etməyi əmr edərək buyurur:

“Biz sənə Kövsəri (Fatiməni) əta etdik.”

Allah tərəfindən verilən bu məmuriyyətlərə əsasən qadınların şəxsiyyətinin tapdalanması ilə mübarizədə Rəsuli-Əkrəm (s) qızları övladların ən yaxşısı kimi təqdim edir, onları ata-ana üçün ən əziz bir şəxs hesab edir və əməli olaraq o vəhşi dövrdə yaşayan ata-anaları başa salır ki, qız əzizdir, onun hüquqlarına hörmətlə yanaşılmalıdır, təqva və əxlaqi fəzilətlərə malik olduğu halda başqalarından irəli çəkilməlidir.

O Həzrət (s) əziz qızı Zəhranın əlini öpür, ona ehtiram əlaməti olaraq ayağına qalxır. Səfərə gedəndə görüşdüyü axırıncı və səfərdən qayıtdıqda görüşdüyü ilk şəxs qızı Zəhradır! Bu əziz qızına qarşı o qədər təvazökarlıq, nəvaziş edir ki, hətta onu “atasının anası” (yəni ana) deyə səsləyirdi.”

Həzrət öz qızı Fatimənin əzəmətli məqamına işarə edərək buyurur ki, o, camaat içərisində mənim ən əzizimdir.

Həzrət yenə buyurur: “Sizin övladlarınızın ən yaxşısı qızlarınızdır.”

Hədisdə qeyd olunur ki, bir kişi Peyğəmbərin (s) yanında oturmuşdu. Ona xəbər verdilər ki, qızın olmuşdur. Bu xəbər ona o qədər pis təsir etdi ki, üzündəki narahatçılığı aşkar göründü.

Həzrət (s) buyurdu: “Nə olub ki, bu qədər narahatsan?”

O kişi əvvəlcə bu xəbəri demək istəmədi, sanki Peyğəmbərin (s) onu məzəmmət edəcəyindən qorxurdu.

Lakin çoxlu isrardan sonra dedi: “Mən buraya gələndə həyat yoldaşımın doğuş vaxtı çatmışdı. İndi mənə xəbər vedilər ki, o, qız doğub.”

Həzrət buyurdu: “Məgər nə olub ki? Yer ağırlığını götürəcək, asimanlar ona kölgə salacaq, Allah ruzisini verəcəkdir, o qız ətirli bir güldür, sən onu iyləyəcəksən.”

Bu barədə çoxlu rəvayətlər də vardır ki, hamısı qızın əziz övlad olmasını və ehtiram qoyulmasının vacibliyini çatdırır. Bu fəslin axırında bir məsələni qeyd etmək istəyirik: kişi və qadın müəyyən ruhi və cismi fərqlərə malik olduqlarına görə, hər birinin xüsusi imtiyazları və məziyyətləri vardır, elə buna görə də bunlar İslam dinində nəzərə alınmışdır.

Məsələn, qadınlar ülvi hisslərə, duyğulara, tərbiyə məsələlərinə həvəsli olduqlarına görə övladın tərbiyəsi onların ixtiyarına qoyulmuşdur və İslam dinində qadınlar bu məsələdə kişilərdən irəlidirlər.

Həmçinin, kişilər də mərdlik və s. kimi sifətlərdə qadınlardan daha artıq imtiyaza malik olduqlarına görə, hakimlik, rəhbərlik, düşmənlərlə müharibə, mühakimə, qazılıq və s. kimi məsuliyyətləri öz öhdələrinə alırlar.

Buna görə də ictimai işlərin səhmana salınması, ictimaiyyətdə nəzm-nizama, inzibata nəzarət edilməsi, ailə sisteminin qorunub saxlanması və idarə olunması ərin öhdəsinə, ona kömək etmək isə həyat yoldaşının öhdəsinədir. “Qurani-məcid” “Bəqərə” surəsinin 228-ci ayəsində buna işarə etmişdir.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031