Xusrəvi sərhəd-keçid məntəqəsi Ərbəin ziyarətçiləri üçün yenidən açıldı
Mьəllif: admin1
Tarix: 7-10-2019, 21:03
Bцlmə: Xəbərlər
Xusrəvi sərhəd-keçid məntəqəsi Ərbəin ziyarətçiləri üçün yenidən açıldı
İran və İraq arasında Xusrəvi sərhəd-keçid məntəqəsi bir müddət bağlandıqdan sonra oktyabrın 7-si səhər saatlarından etibarən Ərbəin ziyarətçilərinin keçidi üçün yenidən açılıb.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Xusrəvi sərhəd-keçid məntəqəsi bəzi təhlükəsizlik tədbirləri çərçivəsində İraq tərəfindən qısa müddətlik bağlanmışdı.

Ərbəin yürüşündə iştirak etmək istəyən zəvvarlar İran və İraq arasında ən yaxın rəsmi sərhəd-keçid məntəqəsi Xusrəvidən Kərbəlaya gedə biləcək.

Xusrəvi sərhəd-keçid məntəqəsi Bağdad, Kərbəla, Kazimeyn və Samirraya İranın ən yaxın sərhəd keçid məntəqəsidir.

Xusrəvi sərhəd-keçid məntəqəsi Bağdada 190 km, Nəcəfə 380 km, Kərbəlaya 300 km, Kazimeynə 203 km və Samirraya 326 km məsafədə yerləşir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930