Ərbəinə gedən əcnəbi zəvvarlar üçün Şələmçə keçid məntəqəsində 24 yeni qapı açılıb
Mьəllif: admin1
Tarix: 7-10-2019, 10:12
Ərbəinə gedən əcnəbi zəvvarlar üçün Şələmçə keçid məntəqəsində 24 yeni qapı açılıb
Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak edən əcnəbi zəvvarların gediş-gəlişini asanlaşdırmaq üçün Şələmçə sərhəd-keçid məntəqəsində 24 yeni qapı açılıb.

Maide.Az “iribnews”a istinadla xəbər verir ki, bunu Xuzetan əyaləinin nəqliyyat və yollar idarəsinin baş direktoru Qulaməli Bəhraminiya deyib.

Q.Bəhraminiya deyib ki, yeni qapıların açılması ilə Şələmçə sərhəd – keçid məntəqəsində qapıların sayı 48-ə çatıb. “Bütün qapılarda əcnəbi zəvvarların gediş-gəlişi üçün şərait hazırdır. 24 yeni qapının açılması ilə izdiham yarandıqda əcnəbi zəvvarların keçidi problemsiz və sürətlə həyata keçiriləcək.”

İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər.

Qeyd edək ki, bir neçə gün öncə bağlanan Xosrəvi sərhəd-keçid məntəqəsi də bu gün rəsmən fəaliyyətini bərpa edib.

Xatırladaq ki, İran Daxili İşlər Nazirliyi bu gündən bütün sərhəd keçid mətnəqələrindən şəxsi avtomobillə gediş-gəlişi qadağan edib.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930