DİQQƏT: Xosrəvi sərhəd-keçid məntəqəsi bağlıdır: Ərbəinə gedən zəvvarlar ora getməsi
Mьəllif: admin1
Tarix: 28-10-2017, 12:08
Bцlmə: Xəbərlər
DİQQƏT: Xosrəvi sərhəd-keçid məntəqəsi bağlıdır: Ərbəinə gedən zəvvarlar ora getməsi
Ərbəin Mərkəzi Qərargahının katibi Məcid Aqababayi deyib ki, İraq hökuməti tərəfindən hazırlıq işləri tamamlanmadığı üçün hələlik Xosrəvi sərhəd-keçid məntəqəsi bağlıdır və Ərbəin yürüşündə iştirak etmək üçün gedən zəvvarlar Mehran sərhəd-keçid məntəqəsinə müraciət etsinlər.

Maide.Az "iribnews" saytına istinadən xəbər verir ki, O Xosrəvi sərhəd-keçid məntəqəsininin nə vaxt açılacağına dair sualın cavabında deyib ki, yaxın günlərdə bununla bağlı açıqlama veriləcək. “İranın Kirmanşah, Kürdistan, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərindən zəvvarlar Xosrəvi sərhəd-keçid məntəqəsi vasitəsi ilə getməli idi ki, bu əyalətdən Kərbəlaya gedən zəvvarlar Mehran sərhəddinə müraciət etsinlər”.

Qeyd edək ki, bir müddət öncə İran və İraq Ərbəin yürüşündə iştirak etmək üçün zəvvarların 4 sərhəd-keçid məntəqəsi vasitəsilə gediş-gəliş edə biləcəyi haqqında razılıq əldə etmişdir.
Belə ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi yalnız İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid məntəqələri vasitəsilə həyata keçiriləcəkdi.

Xatırladaq ki, Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır. Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930