Ərbəin zəvvarlarına şad xəbər – Xosrəvi sərhəd-keçid məntəqəsi açıldı
Mьəllif: admin1
Tarix: 6-09-2019, 19:30
Bцlmə: Xəbərlər
Ərbəin zəvvarlarına şad xəbər – Xosrəvi sərhəd-keçid məntəqəsi açıldı
Uzun illər təhlükəsizlik məsələlərinə görə bağlı qalan Xosrəvi sərhəd-keçid məntəqəsinin rəsmi açlışı mərasimi keçirilib.

Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, mərasimdə İran və İraq rəsmiləri iştirak edib.

Xosrəvi sərhəd-keçid məntəqəsi İrandan Kərbəla, Kazimeyn və Samirraya ən yaxın sərhəd-keçid məntəqəsidir. Belə ki, bu keçid məntəqəsindən İraqın paytaxtına 190, Nəcəf 380, Kərbəla 300, Kazimeyn 203 və Samirraya isə 326 kilometr məsafə var.

Mərasimdə iştrak edən İran daxili işlər naziri Rəhmani Fəzli bildirb ki, Ərbəin mərasiminin rahatlığı üçün geniş işlər görülüb. “BÜtün orqanlar, aidiyyatı qurumlar Ərbənin mərasimin daha əzəmətli keçirilməsi üçün çalışır. Ümid edirik zəvvarlar daha yaxşı şəraitdə bu mərasimdə iştriak edəcəklər”.

Qeyd edək ki, Xosrəvi sərhə-keçid məntəqəsi səhər saat 7-dən axşam saat 19-dək fəaliyyət göstərəcək.

Qyed edək ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid məntəqələri vasitəsilə həyata keçiriləcək.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930