91 ölkə vətəndaşı Kərbəlaya səfər edib
Mьəllif: admin1
Tarix: 10-11-2017, 21:36
Bцlmə: Xəbərlər
91 ölkə vətəndaşı Kərbəlaya səfər edib
İranın Şələmçə sərhəd-buraxılış məntəqəsindən Ərbəin ziyarəti üçün İraq torpağına 91 ölkə vətəndaşı keçib.

Maide.Az İranın Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Şələmçə sərhəd-buraxılış məntəqəsinin rəhbəri Camal Həmidi deyib.

C.Həmidi deyib ki, Səfər ayının ilk günündən indiyədək Şələmçə sərhəd-keçidi vasitəsilə 154 min 282 nəfər dünyanın 91 ölkəsindən İraqa səfər edib.

O deyib ki, bu müddət ərzində Şələmçə sərhədi vasitəsi 582 min iranlı zəvvar Kərbəlaya səfər edib.

C.Həmidinin sözlərinə görə, Ərbəin ziyarətinə getmiş zəvvarlardan 15 min nəfəri artıq geri dönüb və hazırda zəvvarları qarşılamaq və digər əyalətlərə yola salmaq üçün sərhəddə 400 avtobus tədarük görülüb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930