Ərbəin ziyarətinə gedən zəvvarlar bunları bilməlidir!
Mьəllif: admin1
Tarix: 18-10-2016, 10:03
Bцlmə: Xəbərlər
 Ərbəin ziyarətinə gedən zəvvarlar bunları bilməlidir!
İran Polisi bəyanat yayaraq bildirib ki, İmam Hüseynin (ə) Ərbəin ziyarətinə gedən zəvvarlarların İran-İraq sərhədlərini pasportsuz (İraq ölkəsinin vizasını almadan) keçməsi mümkinsizdir.

Maide.Az xəbər verir ki, polis elan edib ki, qanunsuz sərhədi keçən zəvvarlar İraq ərazisində həbs oluna bilər, bundan başqa qayıdarkən sərhəddə problemlərlə üzləşə bilərlər.

Məlumatda bildirilir ki, xarici pasportların bitmə müddətinə 6 aydan az qalmış şəxslər öz pasportlarını dəyişdirməlidirlər.

Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilərlər.

Zəvvarların gediş-gəlişini asanlaşdırmaq və zəvvarların sıxlığını aradan qaldırmaq məqsədi ilə Şələmçə sərhəd keçid məntəqəsində xidmət göstərən polislərin və nəzarətçilərin sayı artırılıb. Mehran buraxılış məntəqəsində sıxlıq həddən artıq olduğu üçün zəvvarlar bu sərhəd buraxılış məntəqəsindən də gediş-gəliş edə bilərlər.

Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edirlər. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 20 noyabr tarixinə təsadüf edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930