Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlər var - İmam Cümə
Mьəllif: admin1
Tarix: 4-10-2019, 19:46
Bцlmə: Xəbərlər
Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlər var - İmam Cümə
Tehranın bu həfətki İmam cüməsi Ayətullah Muhəmməd İmami Kaşani olub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İmam cümə çıxışında İraqdakı olaylar, o cümlədən yaxınlaşan Ərbəin mərasimindən danışıb.

"Düşmənlər Hüseyn(ə) Ərbəini yürüşü üçün problem yaratmağa çalışırlar, amma bu yürüş öncəki illərdən daha şövqlü keçiriləcək.", -deyə İmam cümə deyib.

Ayətullah Kaşani bildirib ki, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın bayrağı zülmlə mübarizə bayrağıdır.

"Amerika və sionist rejim fitnəkarlıqla həqiqəti gizlətməyə çalışırlar.", -deyə İmam cümə əlavə edib.

İmam cümə həmçinin məzlum Yəmən xalqının təcavüzkarlar üzərindəki qələbələrindən də danışıb.

O bildirib ki, Yəmən xalqının qələbələri ali-səud rejimini və onun himayədarlarını biabır edib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031