İmam cümə: Qüdsdə namaz qılacağımız gün yaxındır
Mьəllif: admin1
Tarix: 21-04-2018, 11:15
Bцlmə: Xəbərlər
İmam cümə: Qüdsdə namaz qılacağımız gün yaxındır
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranın bu həftəki imam cüməsi Höccətulislam Kazim Siddiqi olub. O Amerikanın Suriyaya hücumunu bütün beynəlxalq qanunlara zidd adlandıraraq deyib ki, Amerika bu təcavüzlə özünün vəhşi varlığını göstərdi.

"Amerika ancaq güc dilindən anlayır. Amerika regionda İŞİD terrorçu-təkfirçi qrupunun yaradılması fitnəsi qarşısında müqavimət mehvərinin uğurundan əsəbidir. Suriyaya qarşı raket hücumlarının onlar üçün nəticəsi olmadı və amerikalılar indiyədək regiondakı bütün hədəflərində məğlub olublar.", -deyə imam cümə əlavə edib.

Höccətulislam Kazim Siddiqi həmçinin ABŞ prezidentinin ölkəsinin səfirliyinin Təl-Əvivdən Beytulmuqəddəsə köçürülməsinə dair təhrikedici hərəkətini pisləyib: "Bu hərəkətlə bütün fələstinlilər ayağa qalxdılar ki, bu məsələ, Fələstin xalqının qüdrətinin nişanəsidir."

O, həmçinin sionist rejim hərbçilərinin böyük "Qayıdış haqqı" aksiyasında fələstinlilərə qarşı hücumuna toxunaraq deyib: "Uşaq qatili sionist rejimin cinayətləri, hərəkəti, bu rejimin məhvinə doğru sürətləndirəcək."

Sözlərinin sonunda İmam cümə "İsrailin fələstinlilərə istədiyi bəlayı yağdırmaq dövrü bitmişdir. İrandakı İslam İnqilabından sonra hər kəs yeni bir can aldı və biz burada Fələstin xalqının etdikləri müqavimətin davam etməsilə bəhrə mesajını vermək istəyirik; çünki qələbə çox yaxındır. Allahın istəyilə sionist rejimin olmadığı halda Qüdsdə namaz qılacağıq.", -deyə qeyd edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930