"İmam Zaman (ə.f) onların boynunu vuracaq"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 04:02
Bцlmə: Məqalələr » Maarif
"İmam Zaman (ə.f) onların boynunu vuracaq"


Qərblilər insan haqlarını müdafiə adı ilə ən pis cinayətləri törədir, sonra başqalarında eyb axtarırlar

İslamazeri-nin “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Tehran cümə namazının bu günkü xətibi Ayətullah Məhəmməd İmami Kaşani özünü və namaz qılanları təqvaya dəvət edərək deyib: “Bu il də keçdi. Biz gərək baxaq ki, bu il axirət evimiz üçün nə qədər abadlıq etmişik, nə qədər yaxınlarımıza, tanıdıqlarımıza, yetimlərə və gənclərin evliliyinə köməklik etmişik. Dostlarımız bu barədə yardım komitəsində çox zəhmət çəkirlər.”

Xətib İmam Xomeyninin istəyi ilə qurulmuş şəhidlər fondu barədə bildirib ki, "biz İmamın yadigarını dəyərləndirirk, Allah bizim böyük şəhidlərimizi kəramətli və Həzrət Fatimeyi Zəhranın (s) qonağı etsin."

İmami Kaşani iqtisadi müqavimət mövzusunda da danışıb: “Bu işi görənlər məsləhətləşib əməl etməlidirlər. Dövlət və parlament bu məsələni təyin edir, lakin bu iş ekspertlər və idarəçilərin əli ilə görülür.”

Ayətullah İmami Kaşani davamında bildirib ki, "qərblilər İslamın düşmənidir və öz niyyətlərindən əl çəkməyəcəklər. Son məsələlərdə gördüm ki, diplomatlar nüvə məsələləri üçün 5+1 tərəfindən gəlib digər işlər görürlər. Bu işlər başqa bir şey göstərir. İran dövləti onları rəsmi şəkildə dəvət edib, amma onlar bu işlərlə təkcə İran xalqı qarşısında deyil, həm də dünya qarşısında alçalırlar. Onlar 10-15 nəfərdir, İmam Zaman (ə.f) onların boynunu vuracaq. Onların millətlərlə işi yoxdur, amma millətlər bilirlər ki, insan haqları adı ilə nə işlər görülür. Insan haqları adı ilə gördükləri işlərdə məqsədlərinin nə olduğu aydındır. Onların bu işləri təkfirçilər kimidir. İslam adı ilə insan və müsəlmanı qətlə yetirirlər. Təbii ki, təkfirçilər də onların işinin nəticəsidir."

Cümə namazının xətibi əlavə edib ki,xoşbəxtlikdən İran xalqı həmrəylik və rəhbərin sözlərinə diqqət etmələri nəticəsində bu hərəkətlərə dəyər vermir. Görün, bu gün Suriya, Misir və Bəhreyn nə vəziyyətdədir. Bəhreyndə bu cinayətlər şiələrə qarşı baş verir."

İmami Kaşani həmçinin hicabın qorunmasının lazımlı olduğunu bildirərək deyib ki, "Həzrət Fatimə (s) bizim ülgümüzdür və onun hicabı əzəmət və məntiqin elə bir nöqtəsində idi ki, gərək ülgü olaraq, gözümüz önündə olsun!"
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930