İmam cümə: Onlar İraqı parçalamaq üçün çalışdılar, lakin...
Mьəllif: admin1
Tarix: 23-12-2017, 11:31
Bцlmə: Xəbərlər
İmam cümə: Onlar İraqı parçalamaq üçün çalışdılar, lakin...
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Məhəmməd İmami Kaşani Tehranın cümə namazı xütbələrində deyib: "Mütəxəssislərin dediklərinə görə, Yəməndə raket istehsal edilməsi İranın işi olmayıb. Və İrandan Yəmənə raket göndərilməsinə dair də hansısa fakt yoxdur. ABŞ Ali-Səuda milyardlarla dollar dəyərində silah satır. Bununla da regionda müharibənin davamlı olmasını, Yəmənin intensiv şəkildə bombardman edilməsini istəyir. Amma, heç bir ölkə buna etiraz etmir."

Ayətullah İmami Kaşani sözlərinin davamında "ABŞ prezidenti Donald Trampın İrana qarşı hərəkətlərdə məqsədi bu ölkənin regiondakı uğursuzluqlarını ört-basdır etməkdir.", - deyə əlavə edib.

Tehranın imam cüməsi daha sonra Trampın ABŞ xalqını zəlil və rüsvay etdiyini deyərək, bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarının icrasının mümkün olmadığını bildirib: "ABŞ-ın bu addımı müsəlmanları bir araya topladı. Yəni etdikləri əvvəlki səhvlərini anlayaraq bulkənin xəyanət etdiyini üzzə çıxardı. Onlar İraqı parçalamaq üçün çalışırdılar, fəqət İraq xalqının ayıq olması bu hiylənini əngəllədi."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930