“Nüvə texnologiyası bütün hallarda İran xalqının haqqıdır”
Mьəllif: admin1
Tarix: 17-04-2014, 04:07
Bцlmə: Məqalələr » Maarif
“Nüvə texnologiyası bütün hallarda İran xalqının haqqıdır”


Tehranın cümə namazının xətibi İran xalqının nüvə texnologiyasından bütün hallarda faydalanmasının zərurətini təkidlə bildirib

İslamazeri-nin “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Tehranın cümə namazının xətibi Ayətullah Məhəmməd İmami Kaşani İranın yeni ilinin “Mədəniyyət və iqtisadiyyat ili” adlandırılmasına toxunaraq deyib: “Mədəniyyət yazmaq və bilmək mənasındadır, bütün məsələlərin əsasıdır, belə ki, bu mədəniyyət iqtisadiyyata da şamil olunur.”

Cümə namazının xətibi nüvə texnologiyası mövzusuna toxunaraq deyib: “Bu texnologiya xalqın, ölkənin tərəqqisinə səbəb olub, düşməni qorxutdu. İnanc, Allaha təvəkkül və ölkəyə sədaqət nüvə texnologiyasını bu yerə çatdırdı. Biz bu gün görürük ki, bu texnologiya bir çox məsələdə təsirli olub və ondan faydalanmaq xalqın haqqıdır. Heç zaman xalqın haqqından xarici qüvvələrə görə əl çəkmək olmaz. Bu zamana kimi necə irəli gedibsə, elə də irəli getməlidir.”

Ayətullah Kaşani Avropa parlamentinin İran əleyhinə qətnaməsinə toxunaraq deyib: “Bu qətnamə onların İslam və İran mədəniyyəti ilə düşmənçiliyini göstərən bir sıra batil sözlərdən ibarətdir. Onlar deyirlər ki, İran mədəniyyəti bu gedişlə dünyada çoxlu tərəfdar sahibi olur və gərək hər gün insan haqları kimi bir məsələ ortaya çıxardaq. Lakin hər kəs bu qətnaməni oxusa görər ki, bu qətnaməni yazanlar azğın və müstəmləkə xarakterinə sahib olanlardır. Buna görə də, bu qətnamənin dəyəri yoxdur, onların mübarizəsi günü-gündən inkişaf edən mədəniyyətlədir.”

Xətib sözlərinin digər hissəsində ilahi təqvaya riayət olunmasına tövsiyə edərək deyib: “Əxlaqi məsələlərə riayət etmək insanı insaniyyətə döğru aparır. Əgər insan daxilən təmizlənmək istəyirsə, adətlərinə diqqət yetirməlidir. Mütəal Allah günah qarşısında ən böyük amilin səbr olduğunu buyurub.”
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930