Tehranın İmam cüməsi: İmam Əlinin (ə) cihadından ilham aldıq, imperializmə qarşı dayandıq
Mьəllif: admin1
Tarix: 30-03-2018, 22:11
Bцlmə: Xəbərlər
Tehranın İmam cüməsi: İmam Əlinin (ə) cihadından ilham aldıq, imperializmə qarşı dayandıq
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu gün Tehranın cümə namazının xətibi Ayətullah Muhəmməd Əli Müvəhhidi Kirmani olub.

O İmam Əlinin (ə) mübarək doğum gününə işarə edərək, o Həzrətin həyatı, təqvası, siyasəti və cihadından danışıb.

"İran xalqı şiələrin birinci imamı Həzrət Əlinin (ə) cihadından ilham alaraq imperializm quruluşunun qarşısında dayandı və qalib oldu.", -deyə İmam cümə bildirib.

İmam cümə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Müqəddəs Məşhəddə İmam Rzanın (ə) ziyarətçiləri qarşısındakı çıxışına toxunaraq deyib ki, İran məhsullarını almaq ciddi bir məsələdir və İran iqtisadiyyatını gücləndirir.

"Yeni ilin İranlı məhsullara dəstək olaraq adlandırılmasına görə, bunu bilməliyik ki, ölkə içində istehsal olunan məhsulların satın alınması vasitəsilə iqtisadiyyatımın güclənir və alıcılar bu tərz alış-veriş ilə İranın iqtisadi inkişafında rollarının olmasını hiss etməli, xarici məhsulların nə qədər zərərli olmasının da fərqində olmalıdırlar.", -deyə Ayətullah Muhəmməd Əli Müvəhhidi Kirmani qeyd edib.

İmam cümə sözlərinin davamında buyurub: "Məsul şəxslərlə məhsul istehsalçıları birlikdə məhsulların keyfiyyətini artıraraq, xarici məhsullarla rəqabətə girməli, təbii yollarla bunu etdikləri zaman, qaçaqmalçılığın da faizi bununla aşağı düşəcək. Bu məsələlərin təsirli olması üçün ilk öncə rəsmi şəxslər və dövlət məsulları İran istehsalı məhsulları almalı və bu yolla dəstəklərini sərgiləməlidirlər."

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930