Kimlərin “like”ı üçün yaşayırıq?
Mьəllif: admin1
Tarix: 12-01-2019, 22:14
Kimlərin “like”ı üçün yaşayırıq?
Sosial şəbəkələr insanın dünyaya baxış bucaqlarını dəyişəcək səviyyədə inkişaf edib. İnsanlar istirahət yerlərini belə seçdikdə, oranın mənzərəsinin daha gözəl olmasını məhz ona görə istəyirlər ki, yaxşı şəkillər çəkdirə bilsinlər.

Bəzən bu həvəs çox böyük faciələrə belə səbəb olur. Ən təhlükəli yerlərdə gəzmək, həyatlarını riskə ataraq ağlasığmaz hərkətləri ilə sosial şəbəkədə fenomen olmaq arzusu getdikcə daha da artır. Hətta yas yerlərindən belə çəkilən şəkillər, artıq asta-asta sosial şəbəkələrə girişini başlayıb.

Dünya artıq “Like”a işləyir. İnsan bəyənilmək, özünün haqqında danışlmasını istəyir. Bu insanın fitri duyğusudur və hər bir insan mütləq şəkildə sevilməyə, diqqət mərkəzində olmağa can atır. Amma... Amma bu hissi yanlış yerdə təmin etdiyimiz bizə anladacaq birisinə ehtiyac var.

İnsanda fitri olaraq verilən duyğular – Allaha aparan yollardan biridir. Bu hiss də bütün insanlarda olduğu üçün, mütləq şəkildə hər birimizə İlahi əmanət olaraq verilib.

Biz insanların arasında məşhur olmağı, hamının bizdən xoşunun gəlməsini istəyirik. Hətta Ginnesin Rekordlar Kitabında elə əcaib, iyrənc mövzularda rekordlar qıran insanlara rast gəlmək olar ki, insan dəhşətə gəlir. Bu fitri hissin təmini üçün həyatına qəsd edənlər də belə, olur.

Sosial şəbəklərdə mesaj buraxaraq intihar edənlərin bəziləri, bir neçə gün də olsa onun haqqında danışılacağına əmindirlər. Bu hiss o qədər güclü hissdir ki, insanın maddi hüdudlarını da belə, aşa bilir.

Bu, zatən bütün fitri duyğularmızda belədir. Daimi yaşamaq hissi, ən yaxşılara sahib olmaq hissi və s. – bu dünyada təmin edilə bilinməyən hisslərdir. Amma insanlar o hissləri bu dünyada təmin etməyə çalışdıqca, daha çox dolanbaclara girir. Çünki, o hisslərin təmini üçün yalnış qapılara üz tutublar.

Balıq tutmaq üçün çaya, paraşütdən tullanmaq üçün dağa getmək lazımdır. Əks halda lazım olan nəticələrə çatmaq mümkün deyil. İnsanın özünü hamıya deyil, Rəbbinə bəyəndirməlidir.

Etdiyin bütün işlərlə Onun diqqətini cəlb etməli və onun “Like”ını qazanmalısan. Bu duyğular məhz onun üçün verilib. Əks halda bu qədər fərqli maraqlara malik insanların diqqətini cəlb etmək üçün öz kimlyindən çıxmalısan.

Fərqli cəmiyyətlərdə fərqli mövzular diqqət çəkir. Amma tək olan Allah üçün dəyərli olanlar – sabit olaraq qalıb. Qoy yer əhli deyil, göy əhli arasında məşhur olsan. Onların “Like”ları bizi daha qazanclı çıxarda bilər. Hər hansı birisinin bəyənməsi sənin üçün niyə əhəmiyyətli olmalıdır ki?

Göy əhli arasında ən çox “izlənilənləri”, “like” alanları tanıyaq.

“Kim yer üzünün göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın”.

“Ya Əli, Allaha and olsun, göydə səni sevənlər yerdə səni sevənlərdən daha çoxdur”.

“Xanım Zəhra mehrabda namaza dayanarkən mələklər ona, yer əhli nur saçan ulduazlara baxan kimi baxarlar”.

“Ya Əli, səni sevənlər göy əhli arasında tanınırlar” – buyurub Həzrət Muhəmməd (s).

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930