Fitri hərislik insana nə üçün verilib? Hərislik insanı nə vaxt bədbəxt edər?
Mьəllif: admin1
Tarix: 22-01-2018, 09:57
Fitri hərislik insana nə üçün verilib? Hərislik insanı nə vaxt bədbəxt edər?
Romalı filosoflardan biri deyir: “O kəs ki, əlində olanlardan razı olmaz, əgər bütün dünyaya sahib olsa da, yenə də narazı olar”.

Çox təəssüf ki, bu gün bu rəzil sifəti cavanlarda daha çox müşahidə edirik. Hər nə qədər valideyn övladının rifahını təmin etsə də, sanki heç bir şey etməmiş kimi olar. Əllərində olanı heç bir zaman görməzlər və ancaq gözləri başqalarının malik olduqlarındadır. (Tebyan)

Loğman öz oğluna buyurur: “Ey övladım, əgər izzət istəyirsənsə, tamahını insanların əlində olandan qət et və Allahın verdiyinə razı ol”.

O kəsin ki, xahişləri sonsuzdur, daima təlaş və səy içində olar. Ancaq hər nə qədər çalışsa da, istədiyi qədərini əldə edə bilməz və rahatlığa çatmaz. “Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar”. (“Məaric” 19-21).

Hər bir insanın fitrətində meylləri və istedadları olar. Bu meyllərdən biri də hərislikdir. Fitri hərislik - əslində insanın yaxşı və xeyir işlərə qarşı hərisliyidir, nəinki dünya nemətlərinə olan hərisliyi. Ona görə də ümumi götürəndə, hərislik pis sifət deyildir. O zaman pis olar ki, insan onu düzgün tətbiq etməz və harada gəldi ondan istifadə edər. Mənəviyyat ardınca olmaqdansa, öz maddi mənafeyində istifadə edər.

Hər bir insan dünyaya həris sifəti ilə gələr. Və bu sifəti – xeyir işlərə olan hərisliyidir ki, onu kamala çatdıra bilsin. Bu sifət olmazsa, insan kamala meyl etməz və şərri özündən dəf etməz. Bir işin xeyir və şər olmasına isə ağıl yardım edər. İnsan ağılı iə dərk edər ki, həqiqi xeyir İlahi məğfirətdədir, həqiqi şər isə Allah itaətsizliyində.

Bu cür insanlar xeyir işlərdən doymazlar və günaha yaxın durmazlar. Ona görə də deyə bilərik ki, əgər hərislik ağlın kontrolu altında olarsa, insanın kamala çatmaq zəminəsi ola bilər. Ancaq əgər insan ağlın dərk etdiyinin əksinə əməl edərsə, bu İlahi nemət əzaba çevrilər və onu bədbəxt edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031