İnsanı çarəsiz və taqətsiz edən hərislik və qorxaqlıq, Allaha bədgümanlıqdan qaynaqlanır
Mьəllif: admin1
Tarix: 10-07-2015, 19:48
İnsanı çarəsiz və taqətsiz edən hərislik və qorxaqlıq, Allaha bədgümanlıqdan qaynaqlanır

İlahi peyğəmbərlər (ə) bəşəri davamlı olaraq hidayət etmiş və onlara təkamül yolunu tanıtmışdır. Onları yaxşılqılara tərəf hidayət etmiş və pisliklərdən xəbərdar etmişdilər. “(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir”. (“Nisa” 165).
İslam dini bizə öyrədir ki, dünyaya qarşı tamah salmayaq və həris olmayaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan üçün ən pis xüsusiyyət – hərislikdir ki, onu taqətsiz edər və o qorxudur ki, ürəyinin bəndini parçalayar”. (Tebyan)
Bəli, hərislik insanı həqiqətən də taqətdən salmağa qadirdir. Bu cür insanın ruhi rahatlığı olmaz. Quranın buyurduğu kimi, bu, insan üçün ən pis xüsusiyyət sayılır. Bu hərislik istər mala görə olsun, istərsə də vəzifə istəyində olmaq üçün – fərq etməz. Mühüm olan budur ki, bu hərislik insanı çarəsiz edər.
Hədisdə oxuyuruq: “Hərislik insanın gözünü kor edər. Bir daha həqiqətləri görməz”. Belə ki, hər kim dünya malına və dünyaya qarşı həris olarsa, onun gözü kor olar. Artıq həqiqəti görməyəcəkdir.
Məlumdur ki, əgər bu cür insan Həzrət Peyğəmbərlə (s) oturub-dursa belə, o böyük insanın nuru da ona təsir qoymaz. Çünki, bu insan kordur. Bu cür insanlar Həzrətin (s) qarşısında dayanıb, ona xəyanət etmişdilər. Çünki daima şər içində idilər.
Ona görə də Həzrət (s) buyurur: “Ən pis şər budur ki, insan həris olsun”. Hərislik, dünya, mal və qüdrət sevgisi insanı çarəsiz edər. Belə ki, belə şəxs Allahın hüccəti qarşısında dayanar. Artıq haqqı tanımaz olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insanlar, insanların arasında olan ən pis alimlərdir. O kəs ki, özünü islah etməz, əgər onun elmi olsa - giritarlığı daha çox olar. İnsanları yolundan azdırar və giriftar edər”.
İlahi övliyalar belə dua edərdilər: “Allahım, bizləri nəfsimizin şərindən qoru ki, əgər bu şər insanın batinində mövcud olarsa, onu çarəsiz edər”.
İmam Əli (ə) Malik Əşrətə yazır: “Simiclik, qorxu və həris olmaq - müxtəlif sifətlərdir ki, bir kökə malikdirlər və o da Allaha bədgüman olmaqdır”.
İnsanın təfəkkürü əgər belə olarsa, izzət əldə etmək və müvəffəqiyyət qazanmaq yerinə gələcəyinə görə nigaran olar və daima mal toplamaqla məşğul olar. Həyatda böyüklüyü mal və sərvətdə görər. Allah bəndəsi olmaq bu insanların həyatında yer tapmaz. Bunun əsasında da Allaha bədgümanlıq durar. Bu insanlar bilmirlər ki, Allah yer üzərində olan bütün canlıların ruzisini verəndir.
İmam Əli (ə) buyurur: “Hərislik və simiclik nadanlığın nəticəsidir”.
Cəhalət insanı havayi-nəfsinə tərəf çəkər. Nəticədə də insan ruhunda bu cür rəzil sifətlər peyda olar. Hər kim mal toplamağı həyatın mənası hesab edər, demək, o, cahildir.
İmam Əli (ə) buyurur: “Çoxlu hərislik - həvəsin qüdrətindən və dindarlığın zəif olmasındandır”.
O zaman ki, insanın etiqad və inancı düzgün formalaşmazsa, həmin insan dünyaya bağlanar və həris olar. Allaha bəslədiyi imanın zəif olması və havayi-istəklərin ardınca getmək - hər bir insan üçün zərərlidir. Belə durum insana çoxlu bəlalar gətirər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930