Bir suala cavab
Mьəllif: admin1
Tarix: 16-11-2016, 10:52
Bir suala cavab

Allahı zahiri gözlə görmək mümkün deyil
Belə bir sual yaranır ki, Allaha muştaq olmaq nə deməkdir? Aşağıdakı izah və misala diqqət yetirin.
Biz ədaləti sevirik. Lakin deyə bilmərik ki, insan ədalətə çatmağa müştaqdır. Çünki şövq o yerdə peyda olur ki, insan kimisə görüb, ona aşiq olsun və onunla məhbubu arasında fasilə yaransın. Bu fasilə səbəb olur ki, onda yenidən qovuşmağa meyl, şövq yaransın. Demək, şövq sevgidən sonra yaranan haldır. Qəlbin Allaha müştaq olması o deməkdir ki, qəlb Allahı sevir, Ona çatmaq istəyir. Amma Allaha yaxınlaşa bilmir, Ona yaxınlaşmaq isə mümkündür.
İslam maarifində çox mühüm məsələlərdən biri Allahı görmək məsələsidir. Həzrət Musa Allaha ərz edir: “Ey Rəbbim, Səni görüm deyə özünü mənə göstər.” (Əraf”, 143.) Allah-təala belə cavab verir: “Sən məni heç zaman görməyəcəksən. Lakin dağa bax, əgər o yerində dura bilsə, Sən də məni görərsən.” Rəbbi dağa təcəlla etdikdə parça-parça oldu. Musa da bayılıb düşdü.” (Əraf”, 143.)
Həzrət Musa (ə) nadan insan deyildi ki, cahilcəsinə iddia edib, Allahdan qeyri-mümkün iş istəsin. Belə isə, nə üçün belə bir istəklə müraciət etsin?

Quranda, rəvayətlərdə və minacatlarda istifadə olunmuş “Allahla görüş”, “Allahı müşahidə” və “Allahı görmək” kimi təbirlər izah olunmalıdır.
Şübhəsiz, ki, Allahı zahiri gözlə görmək mümkün deyil. Çünki göz yalnız hiss olunan maddələrin rəngini görür. Gözdə iy bilmə, dad bilmə və səs eşitmə qüvvəsi yoxdur. O ki qaldı göz hiss olunmayan nəyisə görə bilsin! Göz yalnız rəngləri görür. Allah isə nə rəngdir, nə də rəngli! Allahın nə dünyada, nə də axirətdə zahiri gözlə körünməsi mümkünsüzdür. Bəzi sünnə əhlindən olan qardaşlarımız Allahın axirətdə görünəcəyini zənn edirlər. Onlar unutmuşlar ki, əqlən mümkünsüz iş yalnız dünyaya aid deyil. “Nəhcül-bəlağə”də deyilir: “Gözlə baxış Onu dərk etməz. Gözlər mövcudları gördüyü kimi onu görməz. Lakin qəlblər iman həqiqətləri ilə Onu dərk edərlər.” (“Kəlam”, 179.)
Demək, Allahı qəlblə müşahidə etmək mümkündür. Buna görə insan onu görməyə muştaq olur. “Xəmsə-əşərə” və bu kimi minacatlarda daha üstün təbir, “Allaha qovuşma” təbiridir. Qəlblə görməyin ən üstün mərtəbəsi axirətdə ilahi övliyalara məxsusdur. Çünki insan cismi dünyada Allahı seyr etmək gücündə deyil. Hətta dağ da buna dözmədi. Necə ki, həzrət Musa huşunu itirdi. Əgər kamil görüntü baş versəydi, şübhəsiz ki, həzrət məhv olacaqdı. (Axirətdə insan vücudu daha qüvvəli olur. Eyni zamanda axirətdə ölüm yoxdur. Buna görə də insan cismi Allahın kamil görüntüsünü qəlblə seyr edə bilir.)

Həzrət Əli (ə) buyurur: “Müttəqilər o kəslərdir ki, əgər Allahın qərar verdiyi qəti əcəl olmasaydı, onların ruhu bədənlərində bir an qərar tutmazdı.” (“Nəhcül-bəlağə”, Həmmam, “Müttəqin” xütbəsi.)
Bəzən insan ruhu o qədər həyəcanlanır ki, buna dözmək çətin, bəzi hallarda isə qeyri-mümkün olur. İnsanın uzun illər görmədiyi sevimli bir yaxını ilə görüşməsi onun huşunu itirməsi ilə nəticələnə bilər. İnsan cismi ruhun belə qəfil ləzzətlərlə qarşılaşmasına dözümsüzdür.
Sevimli Allahı qəlb gözü ilə görməyin mümkün olduğunu anlayan insanın qəlbində görüş şövqü alovlanır. Bu həqiqətə nə qədər çox diqqət verilərsə, görüş şövqü bir o qədər artar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930