Sən nə zaman gizli oldun ki, Səni aşkara çıxarmaq üçün dəlil və sübutlar axtaraq?
Mьəllif: admin1
Tarix: 9-05-2016, 12:54
Sən nə zaman gizli oldun ki, Səni aşkara çıxarmaq üçün dəlil və sübutlar axtaraq?
"Ərəfə" irfanı
Dinə meyl və Allaha inam ilk mərhələdə instiktiv motivasiyalar və fitri dərklərdən qaynaqlanır, sonra təfəkkür və düşüncə vasitəsilə inkişaf edib təkmilləşir. Fitri hisslərin insan varlığındakı kökləri o qədər dərin, eyni zamanda o qədər aydındır ki, əgər insan fikir və ruhunu bütün növ dini və anti dini fikirlərdən təcrid edərək özünə və varlıq aləminə nəzər yetirsə, yaxşı dərk edər ki, mövcudat karvanı ilə bilrikdə bir istiqamət üzrə hərəkətdədir, özü istəmədən, öz iradəsindən asılı olmadan bir nöqtədən həyata başlamış, yenə də öz iradəsindən asılı olmadan naməlum bir nöqtəyə doğru hərəkət etməkdədir...

Şəhidlər sərvəri Hüseyn ibn Əli (əleyhiməssalam) Allah-taala ilə minacatı zamanı belə buyurur: “Varlığında Sənə möhtac olan bir varlıq vasitəsilə Sənin varlığına necə dəlil gətirmək olar? Səndən qeyrisinin nuru və işığı olduğu halda, o qeyriləri aşkar etmək üçün Sənin nurun niyə olmasın? Sən qəlb gözündən nə zaman gizli qaldın ki, bizi Sənə doğru yönəltməsi üçün dəlil və sübutlara ehtiyac duyulsun? Bizdən nə zaman uzaq oldun ki, bizi Sənə doğru çəkməsi üçün nişan və əlamətlərinə ehtiyacımız yaransın? Sənin nəzarətçi və qoruyucu olduğunu görməyən göz kor olsun... Ey öz nuru ilə bizə əyan olan Allah! Sən zahir və aşkar olduğun halda, necə gizli ola bilərsən? Öz daimi nurunla bəndələrini qoruduğun halda, necə qeyb ola bilərsən?” (Ərəfə duası)

Müctəba Lari - İstamda etiqad əsasları

P.S.1 Bütün fəlsəfi dəlillər bir duanın işığında darmadağın olur. İnsan nə qədər dəlil axtarışında olacaq, ömrünün hansı mərhələsinə qədər? Bir duanın verdiyi maarif nə qədər əzəmətlidir? İnsan nə qədər rahatlanır? "Ərəfə" duasının işığında adam ariflərin nədən bütün fəlsəfi dəlillərdən əl çəkib öz dünyasına qapıldığını dərk edir.
P.S.2. Əqli, fəlsəfi dəlil və sübutlar öz yerində, ancaq artıq əqli dəlillərlə həqiqətin əqli mərhələsini aşmış insan bir az da bu dualara versə özünü nə gözəl olar. Nə qədər saflaşar, nə qədər ucalar... Artıq əqli dəlillərdən başqalarını qane etmək, dua və ibadətlərlə ağlın dərk etməkdə aciz qaldığı daha fərqli dünyaları kəşf etmək üçün istifadə daha gözəl olar.


Şərqşünas Famil Burxanoğlu


islaminsesi.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031