Subaylıq kamal olsaydı, Həzrət Zəhra (s.ə) ərə getməzdi
Mьəllif: admin1
Tarix: 25-11-2017, 21:42
Subaylıq kamal olsaydı, Həzrət Zəhra (s.ə) ərə getməzdi
Müasir dövrün cavanlarının və xanımlarının bəzisi evliliyə çox da meyl etmir. Xanımlar deyirlər ki, mən atamın evimdə rahatam. Niyə ərə gedib özümü dərdə salım ki? Cavanlar deyirlər ki, subay gəzirəm də, niyə ailə dərdi çəkim ki?

Lakin evliliyin o qədər faydaları və bərəkətləri vardır ki, saymaqla bitməz. Hər bir insan kiçik yaşlarından ailə mühitində böyüyür və bu isti ocağın faydalarından bəhrələnər. Evlilik - yaradılışın ilk günündən varlıq aləminin qanunu olmuşdur. Həzrət Adəmlə (ə) Həzrət Həvva (ə) əgər evlənməsəydilər, indi yer üzündə insan olmazdı.

Hər bir insanın ehtiyacları vardır ki, bunların bir çoxu gərək ailə mühitində aradan qaldırılsın. Bu ehtiyaclar ibarətdir:

1. Fiziki ehtiyaclar.
Bu ehtiyac - yeməyə, geyimə və cinsi rabitələrə olan ehtiyacdır.

2. Təhlükəsizlik ehtiyacları.
Hər bir insan istəyir ki, həmişə təhlkəsiz bir şəraitdə yaşasın. Hətta gələcəyi üçün də ürəyində qorxu olmasın. Bu, elə bir ehtiyacdır ki, gərək ailə mühitində təmin edilsin. Hər bir ailə üzvü bilir ki, onun ilk və son pənah yeri - ailəsidir.

3. Sevgi ehtiyacları.
Bəşər həmişə sevgiyə ehtyac duyur, istər kiçik olsun, istərsə də böyük. Diqqət mərkəzində olmaq, sevmək və sevilmək məhz ailədə təmin edilər.

4. Şəxsyyət ehtiyacları.
Şəxsiyyət ehtiyacları - elə ehtiyaclardır ki, insan onu aradan qaldıraraq, izzəti-nəfs əldə edər. Hər kəs sevir ki, onun şəxsiyyətinə hörmət etsinlər və ona ehtiram qoysunlar. Zilləti hiss etmək - hər cür əziyyətdən pisdir.

5. Kamala olan ehtiyac.
Fitri olaraq hər bir insan kamala ehtiyac duyar. Kamal ehtiyacı üçün cins fərqi yoxdur. Kişilər və qadınlar istəyir ki, onlar qüdrət və güc sahibi olsunlar və fikri, ictimai çətinliklərini həll edə bilsinlər. Mənəvi və əxlaq məsələlərində irəli getsinlər.

6. Mənəviyyata ehtiyac.
Hər bir insanın ən böyük ehtiyacı - mənəvi ehtiyacdır. Allah Təala ilə rabitə qurmaq hər bir insanın ehtiyac duyduğu mövzulardandır. Ürəklər Allahı yada salaraq rahatlıq tapar. Əgər insanın həyat yoldaşı saleh olarsa insana mənəvi məsələlərdə çox yardım edər.

İmam Baqirin (ə) zamanında bir xanım Həzrətin (ə) yanına gəlir və deyir: “Subay qalmaq istəyirəm ki, kamala çatım”. Həzrət (ə) buyurur: “Bu işi görmə. Əgər insan subay qalaraq kamala çata bilsəydi, Həzrət Fatimə (s.ə) səndən daha layiqli olardı. Əgər subay olmaq fəzilət olsaydı, Fatimə (s.ə) ailə qurmazdı. Ancaq Fatimə (s.ə) ailə qurdu ki, İlahi kamala çatsın”.

Subayla evli insanı müqayisə edək:
1. Evli insanlar subay insanlardan daha çox özlərini xoşbəxt hesab edirlər. O zaman ki, evlənirik, eşq bəslədiyimiz o insanla rabitəmiz daimi olur. Bu rabitə bizi hər cür stressdən xilas edə bilər. Evlilik ruha rahatlıq bəxş edər. Sevginin qüvvəsi bizə misilsiz rahatlıq bəxş edər.

2. Evlilik insanın immun sistemini yüksəldər və psixologiyasına müsbət təsir qoyar. Tədqiqatlar göstərir ki, psixi xəstəxanalarda yatan evlilərin sayı subaylardan daha azdır. Sağlam evlilik insanı bu təhlükədən də xilas edər.

3. Evli insanların gəliri subay insanlarla müqayisədə daha çoxdur. Çünki onlar həyat yoldaşı və övladlarının ehtiyaclarını təmin etmək üçün daha çox çalışarlar.

4. Məsuliyyətli olurlar. Evli insan daha çox məsuliyyət öhdəsinə götürdüyünə görə, daha çox məsuliyyət hiss edərlər. Bu insanların istedadları çiçəklənər və zehin qüvvəsindən daha çox istifadə edərlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930