Quranda insanlığın möhtac olduğu ali dəyərlər bir ayə ilə belə izah edilir
Mьəllif: admin1
Tarix: 4-10-2021, 11:08
Quranda insanlığın möhtac olduğu ali dəyərlər bir ayə ilə belə izah edilir
Allah rəsulundan nəql olunmuş hədislərin birində buyrulur: “Bəşəriyyətin nicatı İslamda, qanunları isə Qurandadır.”

Ola bilsin bu hədis qeyri müsəlmanın, yaxud İslamla tanışlığı olmayan birinə ilkin baxışda xoş gəlməsin. Bu dəyərli kəlmı təəssüblə qarşılasın, yaxud təəssüblə deyildiyini düşünsün.

Lakin bunu bilmək kifayətdir ki, İslam heç kəsin malı, mülkü deyildir. İslam Allahın bəşərə göndərdiyi din, qapısı hər kəs üçün açıq olan bir xəzinədir. Bu xəzinəyə daxil kəs olan orada əli boş qalmaz.

Bu ilahi kitaba üz tutmamışdan öncə dünyanın halına nəzər salaq. Bu gün dünya əhli nəyə möhtacdır? İnsanlar ən çox nəyə ehtiyaclıdır?

Doğrudur insanın ehtiyacı olduğu çox şey saymaq olar. Lakin bütün bunların fövqündə bəşəriyyət bir şeyə möhtacdır-İnsanlığa!

Əgər insan tək yaşasaydı xeyri və zərəri yalnız özünə aid olardı. Lakin insan içtimai bir varlıqdır. Onun bütün düşüncə və əməli cəmiyyətə sirayət edir, cəmiyyətin təşəkkülündə öz sözünü deyir. İnsan xislətli fərdlərdən təşkil olmuş cəmiyyət insani, vəhşi xislətli fərdlərdən təşkil olmuş cəmiyyət isə vəhşi bir cəmiyyətdir.

Bu gün bəşərin insan cəmiyyətinə və insani xislətlilərə ehtiyacı vardır. Buna da nail olmağın yeganə yolu fərdlərin öz təfəkkür və düşüncəsində uğur qazanması və bu uğur sayəsində bir-birləri ilə formalaşdırdığı rəftardır. Yəni dünyanın abad olması və ya viran olması insanların birbiri ilə olan rəftarındadır.

Qurani Kərim bəşəriyyərin, cəmiyyətin sağlam olmasını insanların bir-biri ilə rəftarında görür və bu qədər böyük, qlobal məsələ üçün sadə bir yol təklif edir:

خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ

“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf-199)

Quran bu kiçik həcmli ayədə üç qayda önə çəkir:

1) ”Sən bağışlama yolunu tut”- Hər insan səhv edə bilər. Qarşı tərəf onu bağışlasa nəinki problem olmaz, əksinə arada sülh və gözəl münasibət yaranar.

2) ”yaxşı işlər görməyi əmr et”- Hər kəs yaxşı olsa o zaman pis kim olar? Heç kim!


3) ”Cahillərdən üz döndər”- Hər kəsin biliyi və dünya görüşü eyni ola bilməz. İnsanlar bu işdə bir-birinə nisbətdə fərqlidirlər. Hər kəs öz bildiyini önə çəkməyə çalışmasa, özünu ağıllı göstərməyə çalışmasa heç mübahisə də olmaz. Mübahisənin səbəbkarı yalnız cahil olan deyil, doğru bilənin də cahil qədər payı vardır.

Ayə nazil olduqda Peyğəmbər (s) həzrət Cəbraildən ayənin izahını soruşdu. Cəbrail (ə) buyurdu: “Sənə zülm edəni əfv et, səndən əsirgəyənə bəxş et, səninlə əlaqəni kəsənlə əlaqə yarat.” (Məcməul-bəyan)

Allahın göstərişinə ən yaxşı əməl edən peyğəmbərdir (s), tarixdə mövcud olan insan cəmiyyətləri arasında ən yaxşı cəmiyyət də İslam peyğəmbərinin qurduğu, yaşadığı cəmiyyətdir.

Hər kəs bu uğura nail olsa, dünyaya uğur bəxş etmiş olur!


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930