Bütün dünyanın mübtəla olduğu qlobal bəla – Əxlaq böhranı
Mьəllif: admin1
Tarix: 14-12-2017, 23:04
Bütün dünyanın mübtəla olduğu qlobal bəla – Əxlaq böhranı
Din insanı təkçə fərdi gündəlik ibadətlə vəzifələndirmir. Həmçinin insandan müəyyən ictimai işlər də tələb edir. Hansı ki, bu işlər cəmiyyətin nizamının qorunmasına və Allahın dininin tanınmasına xidmət edir. Bu işlərin ən önəmlisi fərdlərin əxlaq və davranışıdır.

Fərd ilk növbədə bu əxlaqı nizama özü riayət etməli, sonra bu nümunəvi davranışı və müxtəlif yollarla digərlərini də bu yola dəvət və təşviq etməlidir. Çünki insan cəmiyyətinin sabitliyi və asyışının ilkin mərhələsi bu nöqtədən keçir. İlkin mərhələ insanın özünün əxlaqlı və nizamlı olmasıdır. Necəki Qurani Kərim buyurur:

“Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?”

“Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar”. (Saff-2-3)

Ayədən göründüyü kimi insanın özünün əməl etməməsi bir qəbahət, hələ özü etmədiyi halda başqalarına deməsi bir başqa qəbahət. Ayəyə görə hətta bu İlahi qəzəbə belə səbəb olur. Çünki bu iş insanların mənəvi dəyərlərə olan etibarını sarsıtmış olur. Bunun da nəticəsinin nə olacağı məlumdur.

Nəfs elastikdir.Tərəqqi və tənəzzül edəndir. Bu “enmə və qalxmalar” amillərlə bağlıdır. Fərq etməz bu amillər xaricdən təsir etmiş olsun, yaxud insanın öz daxilindən qaynaqlanmış olsun. Bu səbəbdən insan ictimai vəzifəsini icra edərkən diqqətli olmalı, Quranın buyurduğu xeyirli işi icra edərkən özünü unutmamalıdır. Çünki insanın özünü unutması onda mənəvi böhran yaradır. Bu da öz növbəsində cəmiyyətə siraət edir.

Təbi ki müasir cəmiyyətlərin mübtəla olduqları bu əxlaq böhrani tək islamcıların deyil, əqidəsindən asılı olmayaraq hər kəsin qlobal problemidir. Hər kəs də özünə məxsus bir cıxış yolu aramaqdadır. Halbuki, Allah Təala bunun çıxış yolunu kiçik həcmli bir ayədə buyurmuşdur - İnsanın özünün əməl etməsi.

Bu gün dünyanı cənginə almış, “islah” adı ilə minlərlə fikiri və əməli cərəyanlar vardır. Guya onlar dünyanı xilas etməyə çalışırlar. Guya bu cərəyanlar insana tam azadlıq verməklə onun “doyacağını” güman edirlər. Halbuki insan dünyada əbədi deyil ki, illərlə istədiyini etsin və nə vaxtsa gözü doysun. Bu absurtdur. Çünki nəsil yenilənir. “Ac gözləri” yeniləri əvəz edir.

Allah Təala Kitabda buyurur: Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. (Ali-İmran 110)

Bu o deməkdir ki, cəmiyyəti islahı insandan keçir. İnsanın islahı Allaha inamdan keçir. Allaha inam və iman ilahi qanunlara və həddlərə “boyun əyməklə” qəlbdə və zehinlərdə özünə yer edir. Bu da hər bir fərdin özünə diqqətdən keçir. Beləcə bütün dünyanın mübtəla olduğu əxlaq böhranı fərdlərin mənəvi böhranındadır. Qeyd etdiyimiz Saff surəsinin ayəsi (2-3) bizə bunun açarını bəyan edir. Həmçin "Xeyirli ümmətsiniz" ayəsi (Ali-İmran-110) xeyirlərin İslam qanunlarında, Allaha təslimiyyətdə olduğuna işarə edir.


Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930