Əgər ailə olmasa...
Mьəllif: admin1
Tarix: 8-06-2022, 23:14
Əgər ailə olmasa...
Ayətullah Xamenei ailə haqqında

Əgər bir cəmiyyətdə ailə möhkəm olsa, ər və arvad bir-birinin hüququna riayət etsələr, bir-biri ilə gözəl əxlaqla keçinsələr, qarşılıqlı həmkarlıqla problemləri aradan qaldırsalar və övladları tərbiyə etsələr, belə ailələrə malik olan cəmiyyət yaxşı cəmiyyət olub qurtuluşa nail olacaq.

Əgər cəmiyyətdə islahatçı olsa, belə cəmiyyətləri islah edə bilər. Əgər ailə olmasa, ən böyük islahatçılar da gəlsələr, cəmiyyəti islah edə bilməzlər.

Ailə təməlinin möhkəm olduğu hər hansı bir ölkənin çoxlu problemləri, xüsusən də əxlaqi və mənəvi problemləri sağlam və möhkəm ailənin sayəsində aradan qalxacaq, yaxud ümumiyyətlə, yaranmayacaq.

Bu nikah və evlilik əlaqəsi Allahın böyük nemətlərindən, yaradılışın sirlərindən və cəmiyyətlərin davamlılığının, həmişəyaşarlığının, sağlamlığının və yaxşılığının səbəblərindən biridir.

Ailə qurmaq əgər sağlam formada baş versə və cütlüyə hakim olan əxlaq düzgün, məntiqli, şəriət qaydalarına və Allahın müəyyən etdiklərinə uyğun olsa, bu, cəmiyyətin islahının və bütün cəmiyyət üzvlərinin səadətinin təməli olar.

Ailə qurmaq bir ictimai ehtiyacdır. Əgər bir cəmiyyətdə ailələr düzgün olsa, sağlam olsa, möhkəm olsa, zəifləməsə, ailənin hədləri və sərhədləri qorunsa, bu cəmiyyət yaxşı şəkildə düzələ bilər, onun üzvləri əqli baxımdan inkişaf edə, psixoloji cəhətdən tam sağlam və komplekssiz insanlar ola bilərlər.


Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930