Nə üçün insanlar fərqli doğulur?
Mьəllif: admin1
Tarix: 12-01-2022, 12:33
Nə üçün insanlar fərqli doğulur?

Əgər Allah ədalətlidirsə, nə üçün biri istedadlı, o biri isə istedadsız, biri gözəl, o biri isə çirkin doğulur?

İnsanların fərqli doğulmasının bir səbəbi, ictimai və fərdi çatışmamazlıqlarıdır. Məsələn, var-dövlətli insanların övladları fəqirlərin övladlarına nisbətən sağlam, gözəl və istedadlı olurlar.

Cəmiyyəti varlı və kasıba bölən isə, Allah deyildir. Amma insanlar arasındakı fərqlərin bir hissəsi yaranış qanunlarından doğur.

Əgər insanlar fərqləndirilməsəydilər, bir zavodun istehsal etdiyi məhsul kimi bir-birlərinə oxşayar və həyat maraqsız olardı. Dünyada iki tam eyni insanın olmaması gözəllik deyilmi?!

Bir şeyi də qeyd edək ki, cəmiyyət də insan orqanizmi kimi müxtəlif əzalara ehtiyaclıdır. Kamil insanın gözə, qulağa, dilə ehtiyacı olduğu kimi, kamil cəmiyyət də müxtəlif sahələrdə zövqlü və istedadlı insanlara ehtiyaclıdır.

Amma bu o demək deyil ki, bəstəkar yaxşı yaşamalı, fəhlə isə, kasıbçılıqla ömür sürməlidir. İnsanın qəbul etdiyi qidanın enerji orqanizmin bütün üzvlərinə paylandığı kimi, cəmiyyətin də qazancı bütün təbəqələrin ehtiyaclırın ödəməlidir.

Cəmiyyətdə memarın öz, fəhlənin də öz iş sahəsi var. Hər bir insan Allahdan aldığı istedad payı qədərində də məsuliyyət daşıyır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930