BƏDBİNLİKDƏN UZAQ OLAN SAĞLAM CƏMİYYƏT
Mьəllif: admin1
Tarix: 20-09-2016, 09:18
BƏDBİNLİKDƏN UZAQ OLAN SAĞLAM CƏMİYYƏT
Cəmiyyətdə əmin-amanlıq və təhlükəsizlik hökm sürməyincə sağlam mühitdən söz gedə bilməz. Bunun sayəsində azad quruluş və azadlığın sayəsində də hər hansı fikri, cismani, maddi və mənəvi dəyər və məhsul layiqincə qiymətləndirilə bilər. Demək, onları qorumaq üçün həmişə təhlükəsizlik və əmin-amanlıq tədbirləri əhəmiyyət daşıyır. Məlumdur ki, yalnız insanların canı və malının təhlükəsizliyi və əmin-amanlığı kifayət deyil və ən mühüm məsələ onların abır-həyasının, ictimai şəxsiyyətinin qorunub-saxlanılmasıdır. Amma hər üç əmin-amanlığı təmin edən və böyük əhəmiyyət daşıyan başqa bir əmin-amanlığa da ehtiyac var ki, o da təəssüflər olsun, maddi təfəkkür tərzinin çarə qıla bilmədiyi “fikri əmin-amanlıq”dır.

Fikri əmin-amanlıq iki qismə bölünür:

1. Fərdi-mənəvi asayiş: Fərdi-mənəvi asayiş, başqa sözlə, batini asayiş belədir ki, insan daim ruhi-psixoloji gərginliklər keçirməsin, əyri fikirlərin təsiri altına düşməsin və ömrü iztirab, həyəcan və narahatlıq içində sovuşmasın.

2. İctimai asayiş: İnsanların bir-birinə qarşı pis fikirdə olmamaları, düşünməyən mühakimələrə yol verməmələri, qarşılıqlı ehtiram hisslərinin qorunması ictimai asayişin əsas şərtlərindəndir.

Məlum olduğu kimi, hal-hazırda dünyada qanun çərçivəsində cəmiyyətin canı, malı və müəyyən qədər də ictimai asayişinin təhlükəsizliyi mümkün məsələdir. Lakin hər iki halda fikri əmin-amanlığın təmini, xüsusilə, insanlarda əsassız mühakimələrin qarşısının alınması yalnız ilahi məktəblərə, səmavi dinlərə və əxlaqi üsullara xas olan həqiqətdir. Yalnız maddi ölçülərə əsaslanan mövcud qanunlar, onun icraçıları nə insan adlı sirli varlığın dərinliklərinə yol tapa bilir, nə də onun həqiqi duyğularını qiymətləndirə bilir. Məhz dini əqidə və əxlaqi üsullar çərçivəsində insan əsl yerini alır, əmniyyət və təhlükəsizliyi təmin edilir. İslam bu məsələyə xüsusi əhəmiyyət verərək dəyərli göstərişləri ilə diqqəti özünə cəlb edir. Məsələn, möminlərin fikri üfüqlərini işıqlandıran bu ayənin obyektivliyinə diqqət yetirək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ

“Ey iman gətirənlər, əksər zənlərdən (gümanlardan) çəkinin ki, zənnin bəzisi günahdır!” (“Hücurat” surəsi, ayə 12.)

Ayədə qeyd olunan “kəsirən minəz-zənni” (əksər gümanlar) – ifadəsinə əsasən, demək olar, insanların bir-birinə qarşı gümanlarının çoxunu, yaxud əsas qismini “bədbinlik” və ya səhv təsəvvürlər təşkil edir. Bunu nəzərə alaraq Qurani-Kərim insanları bir-birinə düşüncə baxımından bədbin edən, fikri əmin-amanlıqlarını pozan və kütləni sarsıda bilən bu təhlükəni aktual bir məsələ kimi açıqlayır. “Bə`zəz-zənni ismun” (zənnin bəzisi günahdır) – ibarəsi haqda da bunu demək olar ki, insanların gümanlarında həqiqət olsa da, şübhəsiz, bir qismi günah və həqiqətə ziddir. Burada düşünən beyinlər gümanın bütün növlərindən çəkinməyi məsləhət görür. Hədislərdə də möminləri sui-zəndən (bədgümandan) çəkindirən çoxlu tövsiyələr vardır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ اللهَ حَرَّمَ مِنَ الْمُسْلِمِ دَمَهُ وَ مالَهُ وَعِرْضَهُ وَاَنْ يُظَنَّ بِهِ ظَنَّ السُّوءِ

“Allah-Taala müsəlmanın qanı, malı, abır-heysiyyətini və ona qarşı bədgümanlığı haram etmişdir.”[1]

Bu hədis də əmin-amanlığın dörd qisminin (can, mal, abır-heysiyyət və fikir) birgə gəlməsi və birgə də haram edilməsi diqqəti xüsusi cəlb edir. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.89-93.)

Rza Şükürlü
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930