Quranın bizə vəd etiyi sevgi nədir və onun şərtləri hansılardır?
Mьəllif: admin1
Tarix: 4-07-2018, 12:23
Quranın bizə vəd etiyi sevgi nədir və onun şərtləri hansılardır?
Quran, Allahın bizə olan nemətidir. Bu səmavi kitab həm doğru yolu bəyan edir, həm də aqibət olaraq müjdə və əzab vəd edir.

Quran yalnız axirətlə müjdələmir. Bununla yanaşı insana dünyada da bir çox vədlər verir ki, bunlardan da biri qəlblərin sevgi və iman şirinliyi ilə dolmasıdır.

Quran bizlərə aşkar şəkildə iman sevgisi, iman şirinliyi vəd edir. Lakin müəyyən şərt daxilində. Ayədə belə buyrulur:

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.” (Məryəm-96)

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا


Sevgi, nifrət və bu kimi işlər qəlbə aid olah hisslərdir. Lakin bu hislərin qəlbdə formalaşmağı bəzi amillərlə birbaşa baglıdır. Çünki qəlbdə bu kimi hislərin formalaşması üçün təsir edən amillər olmalıdır. Qurani Kərim də bu ayədə bizə iman sevgisi, iman şirinliyi vəd edir. Həm də bu sevgi ilə bərabər, bu sevgiyə yetişməyin yolunu və şərrtini bəyan edir. Ayədə şərt olunan bu iki əsas amil: iman və saleh əməldir.

İman insanın qəlbini xəbislik və şirkdən paklayır, saleh əməl isə insanı öz ətrafında xeyirxah kimi tanıtdırır. Bu da insanların sevgi və məhəbbətinin qazanılmasına vasitə olur. İnsan iman və saleh əməllə həm Uca yaradanın, həm də insanların sevgisini qazanır. Bu da insan üçün həyatda əldə etdiyi ən böyük nəaliyyətdir.

İman əsasında olmayan əməl və heç bir əmələ vəsilə olmayan iman ayrı-ayrılıqda insana fəzilət və üstünlük qazandırmır. Həmçinin Allahın vəd verdiyi ilahi məhəbbəti və iman şirinliyini qazana bilmir. Əksinə insanı ziyana uğradır. Çünki iman əsasında olmayan əməl ya riyaya, ya da mənfəətə əsaslanır. Bu da insanın xeyrinə deyil, ziyanına olmuş olur. Necəki “Əsr” surasi bunu aşkar şəkildə bəyan edir:

“And olsun axşam çağına! İnsan ziyan içindədir!

Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!”

Beləliklə Allah məhəbbətini, iman şirinliyini və möminlərin sevgisini əldə etməyin tək yolu iman və saleh əməlin vəhdətindədir.

Ayənin nazil olma səbəbində İmam Baqir və İmam sadiq (ə)-dan həq olunan hədisdə deyilir ki, “Allah rəsulu (s) İmam Əliyə (ə) buyurdu: De, Allahım! Mənim məhəbbətimi möminlərin qəlbinə hədiyyə olaraq bəxş eylə. Sonra bu ayə nazil oldu.” (Məcməul-bəyan təfsiri) (Əli ibn İbrahim təfsiri).

Həmçinin İmam Sadiq (ə) buyurub: “Əlinin (ə) vilayəti (imaməti) Allahın mömin bəndəyə saleh əməli müqabilində bəxş etdiyi hədiyyəsidir.”

(Kafi 1/431) (Təfsiri-furat -247)



(İslaminSesi.)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031